16 
Dek
2019
12:35
100
81
2757
Virtual karabakh

Xatirədən həmkarlarına tərs şillə: Azərbaycanda ifaçılar düzgün oxumur - VİDEO

16 Dek, 2019
12:35
2757

Xatirədən həmkarlarına tərs şillə: Azərbaycanda ifaçılar düzgün oxumur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda olan ifaçıların çoxu düzgün oxumur.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “ATV Maqazin 10-larla” proqramında dilə gətirib.

O, bir çox həmkarlarını düzgün mahnı ifa etməməkdə günahlandıraraq, səsləri ilə bağlı üzləşdikləri çətinliklərdən danışıb:

“Bu çətinliyi özümdə də görmüşəm, qarından ifa etmək lazımdır, nəfəsdən yox! Biz başımıza rəng niyə qoyuruq, çünki ağ tüklərimiz çıxır. Üzümüzə iynələr vururuq, burnumuzu kəsirik, dişlərimizi qəşəng edirik. Bəs bu səs niyə qocalmasın? Axı o da bir orqandır. O içəridədir, biz onu görmürük.

Altı saat dayanmadan oxumaq... Ümumiyyətlə, bir insan bunu etməməlidir. Səs həkimim var, ona deyəndə ki, biz dayanmadan altı saat oxuyuruq, o mənə inanmayıb, “Səmimi olun” söylədi. “Mən bu xanımın üzərində nə edə bilərəm? Sənin işin Allaha qalıb” dedi.

“Şou-biznesin nömrə biri kimdir?” sualına, Xatirə çəkinmədən Xalq artisti Röya Ayxanın adını səsləndirərək, fikirlərini bu cür davam etdirib:

“O, çox əziyyət çəkib. Heç kim deyə bilməz, “O niyə birincidir?” Nəyə görə nömrə bir mən olmalıyam? O ad onun halalıdır. Həmişə də deyirəm ki, onun çəkdiyi əziyyətləri heç birimiz çəkməmişik”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri