16 
Dek
2019
12:41
38
82
3554
Virtual karabakh

Röyadan İradəyə barışıq qığılcımları: “Gəl, artıq tanış olaq” - VİDEO

16 Dek, 2019
12:41
3554

Röyadan İradəyə barışıq qığılcımları: “Gəl, artıq tanış olaq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki il bundan öncə aralarında çaxnaşma yaşanan müğənni İradə İbrahimova ilə Xalq artisti Röya Ayxan küsülülüyü unudaraq, barışığa imza atıblar.

Oxu.Az xəbər verir ki, ötən gecə Röya İradənin repertuarında yer alan “Kimdir günahkar?” ifasını avtomobilində dinləyərək, videoya çəkib və həmin görüntüləri şəxsi “Instagram” hesabının “Hekayə” bölümündə paylaşıb. 

Üstəlik videoya həmkarının adını “işarələyib”.

İradə həmin görüntüləri şəxsi “Instagram” səhifəsinin “Hekayə” bölümündə yayımlayaraq, bu sözləri əlavə edib:

“İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Röya, üst-başımız hüzura, sevincə bulansın. Parılda.

Öz içindəki gözəllikləri başqa birində görmək gözəl hissdir. Səmimiyyətin qalmadığı bir dünyada səmimiyyət görmək çox təsəllivericidir. Röya, çox xoş oldu. Mahnıyla bu gecə atamı da anmış oldum. Bu ifanı çox sevərdi”.

Tərəflərin xoş söhbəti bununla bitməyib. İradə Röyaya, “Doğrudan, görəsən kimdir günahkar?” sualını ünvanlayıb. Xalq artisti isə “Gəl, artıq tanış olaq” şərhi ilə qarşı tərəfin sualını cavablandırıb.  

Qeyd edək ki, ikilinin arasında qalmaqala səbəb İradənin “Röya Türkiyədə ulduz ola bilməyəcək, o boşuna pul xərcləyir” açıqlaması olub. Daha sonra Xalq artisti İbrahimovaya “İradə xala” deyərək yanan ocağı daha da alışdırıb.  

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri