16 
Dek
2019
15:26
51
350
12005
Virtual karabakh

Qarmon ustadı Gövhərin qızı müğənniliyə başladı, hamı tənqid etdi - VİDEO

16 Dek, 2019
15:26
12005

Qarmon ustadı Gövhərin qızı müğənniliyə başladı, hamı tənqid etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarmon ustadı, Əməkdar artist Gövhər Rzayevanın qızı müğənniliyə başlayıb.

Oxu.Az xəbər verir ki, sənətçi “Xəzər TV”də yayımlanan “Hər Şey Daxil” proqramına qızı Ülkər ilə qatılıb.

Ülkər proqramda səsi və istedadını nümayiş etdirmək üçün canlı mahnı ifa edib.

Sənətçinin qızının ifası qonaqlar tərəfindən xoş qarşılansa da, sosial şəbəkə istifadəçiləri onu tənqid atəşinə tutublar. Onlar “heyf o mahnıya”, “biabırçılıqdır, anasının da adını ləkələyir”, “belə oxumaq olar?”, “səs də sıfır”, “müğənnidir bu?”, “belələrini niyə efirə buraxırsınız?”, “heç oxuya bilmir ki bu?” şərhləri ilə Ülkərin oxumasına etirazlarını bildiriblər.

Qarmon ustadı Gövhər Rzayevanın qızı Ülkərin efirə göbəyi və sinəsi açıq geyimdə çıxması da müzakirələrə səbəb olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri