18 
Dek
2019
13:30
10
45
2739
Virtual karabakh

“CinemaPlus”da “Ulduz müharibələri” filminə özəl möhtəşəm şou - VİDEO

18 Dek, 2019
13:30
2739

“CinemaPlus”da “Ulduz müharibələri” filminə özəl möhtəşəm şou - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium-klass kinoteatrında dekabrın 20-də, saat 20:15-də böyük şou olacaq. Şou hər kəsin uşaqlıqdan bəri sevdiyi “Ulduz Müharibələri: Skayuolker yüksəlişi” son kosmik hekayəsindən öncə baş tutacaq. 

Filmin rejissoru Cey Cey Abramsdır. Baş rollarda Billi Lurd, Lupita Nionqo, Deyzi Ridli, Adam Drayver və Mark Hemill çəkiliblər.

Bu film qırx ildən çoxdur davam edən Skayuolker ailəsinin inanınılmaz hekayəsini tamamlayır və öncəki bölümün bütün tapmacalarına cavab tapmağı vəd edir.

Tamaşaçıları köhnə və yeni qəhrəmanları, bənzərsiz dünyaları, qalaktikanın sərhədinə səyahətlər və fantastik saqanın böyük finalı gözləyir.

Biletləri səkkiz manata kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz: 

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri