22 
Dek
2019
21:57
41
514
15485
Virtual karabakh

Pərvin və Səmranın İstanbulda gecə klubu macəraları - VİDEO

22 Dek, 2019
21:57
15485

Pərvin və Səmranın İstanbulda gecə klubu macəraları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aktrisa Pərvin Abıyeva ilə “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynovanın birlikdə İstanbulda gecə klublarının birində əyləncə görüntülər yayılıb.  

Oxu.Az xəbər verir ki, rəfiqələr yeni il ərəfəsində İstanbul şəhərinə gediblər. Pərvin gecə klublarının birində Səmra ilə əylənərkən bunu telefonla çəkib və bir milyonluq “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşıb.  

İkili qucaqlaşaraq məkanda səslənən Tarkanın “Dudu-dudu” hitini birlikdə ifa ediblər. Kamerada qaranlıq düşdüklərini görən Səmra telefonun ekranı ilə üzlərini işıqlandırmağa çalışıb və bərk-bərk Pərvinin boğazından qucaqlayıb.  

Qeyd edək ki, bir müddət öncə Səmra ilə Pərvin İstanbuldan Bakıya gələndə təyyarədə içki içərkən və hava limanında əllərində ağ çaxır ilə əylənərkən görüntüləri yayılmışdı. Həmin videolar sosial mediada neqativ yöndə müzakirə olunduğundan ikili “İnstagram” hesabında paylaşımlarını silmək məcburiyyətində qalmışdılar.  

 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri