31 
Dek
2019
16:55
66
234
6493
Virtual karabakh

“Vicdan haqqı”nın Larisası: Ürəyimi fəth edən adamın kişiliyi və hülqumu olmalıdır - VİDEOMÜSAHİBƏ

31 Dek, 2019
16:55
6493

“Vicdan haqqı”nın Larisası: Ürəyimi fəth edən adamın kişiliyi və hülqumu olmalıdır - VİDEOMÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aktrisa Çimnaz Sultanovanın Oxu.Az-a özəl müsahibəsi:

- Bütün tamaşaçılar sizi “Vicdan haqqı” serialında canlandırdığınız qalmaqallı “Larisa” obrazı ilə tanıdı və bu adla da yaddaşlarda həkk olunduz. Bəs bu seriala qədər Çimnaz harada idi?

- “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax nəyə görə məni bu obraza layiq gördü? Çünki o məni serial və filmlərdə görüb. Tamaşaçılar məni məhz aktrisa kimi Gəncə teatrında peşəkar fəaliyyətimdən tanıyıb. Gəncə teatrı ilə mənim sıx əlaqələrim var. Gəncə televiziyasında demək olar ki, hər ay qonaq olurdum. Aktrisa kimi ən böyük rolum isə “Mən sənə inanıram” serialı olub. Gəncə dram teatrının aktyorları o rolumu diqqətlə izləyiblər. “Vicdan haqqı” serialında İmran obrazını canlandıran əməkdar artist İlham Hüseynov çəkildiyim “Mən sənə inanıram” serialını izləyib. Rövşənə Larisa obrazına görə məni məsləhət görüblər. O zamanlar sosial şəbəkələr bu qədər məşhur deyildi, amma çəkildiyim serial o vaxtlar çox populyar və keyfiyyətli idi.

- Çimnazı “Larisa” ilə nə bağlayır ?

- Düşünürəm “aksent” (gülür). “Larisa”nı canlandırmaq mənim üçün çox çətin idi. Mən həyatda Larisa obrazının əksi olmuşam. “Larisa” mənim uğurumdur. Serial iki ildir ki efirə getmir, amma çox adam mənə “Larisa” deyə müraciət edir. Bu möhürdür.

“Vicdan haqqı” serialından sonra “Sarı gəlin” serialına çəkildim. Rol və obraz baxımından qat-qat üstün idi. Mən öz rus “aksent”imlə Azərbaycan qadını obrazını canlandırmışam. Müəllimlə məşq edirdim ki, sözləri düzgün tələffüz edim. Obrazım isə, uşağını itirən, əri tərəfindən xəyanət edilən ruhi xəstə idi. Əsl Azərbaycan qadının faciəsini oynamışam. Bu rolumdan kim danışdı? Mən yaratdım o obrazı. “Larisa” heç “Sarı gəlin”də “Almaz” obraznın on faizi belə deyildi. Amma “Larisa”da şık var idi.

- Real həyatda Dilarə obrazının yerində olsaydınız, nəcə bir addım atardınız ?

- Bu obraz mənə çox yaxındır. Millətindən asılı olmayaraq hər bir xanım Dilarə obrazında olub. Bir var ki, bunu qorxmadan, çəkinmədən deyir, biri də var, ağıllı qadın olduğuna görə demir, özünü görməməzliyə vurur. Əgər real həyatda bu obrazda olsaydım, heç vaxt Larisa ilə ünsiyyət qurmazdım. Heç vaxt özümü o dərəcədə alçatmazdım. Öz uşaqlarımın atasını da heç vaxt təhqir etməzdim. Heç zaman da bildirməzdim ki, sizin atanızın kənarda başqa bir ailəsi var. Ata nə qədər pis olsa belə, uşaqlar üçün o əvəzolunmazdır. Əgər qadın öz həyat yoldaşı barədə uşaqlarının yanında onu pisləyirsə, bu artıq böyük faciədir.

- Deyirlər ki, Çimnazın öz biznesi var. Bəs bu biznes nədən ibarətdir ?

- Mən hər zaman biznes ilə məşğul olmuşam. İncəsənətə gec gəlmişəm. Hər zaman aktyorların az qonorar və maaş aldığını bilirdim. Mənim ixtisasım marketoloqdur. Atamın bir neçə obyekti var. Onların marketinq məsələləri ilə şəxsən özüm məşğul olurdum. Aktrisalıq və müğənnilik mənim hobbimdir. Müğənnilərin, aktyorların və aktrisaların “Əziyyətlə bu sənətə gəlmişəm” deməkləri mənə çatmır. Nə vacibdir axı? Gəlmə... Səni kim və nə vadar edir? Mən işimdən həzz alıram. “Vicdan haqqı” serialında çəkiləndə mənə verilən qonorar heç lazım da deyil idi. Mən aldığım maaşımı uşaq evlərinə vermişəm. Çünki, o pula ehtiyacım yox idi. O mənim halal pulum idi.

- Deyirlər “Qadın böyük qüvvədir”. Bəs kişi?

- Kişi mənim üçün “Allahdır”. Kişiyə qarşı hörmətsiz yanaşan qadın bədbəxtdir. Ailədə isə atam mənim üçün hər şeydir. Ya sən təksən, azadsan, ya da ki, həyatında kişi varsa, dəxli yoxdur o göyərti satandır, menecerdir - ona hörmətlə yanaşmalısan. Ona hörmət qoymalısan, qayğı göstərməlisən. Mənim ətrafımda olan ən zəif kişi belə özünü güclü və xoşbəxt hiss edir. Çünki, o yanımda əsl kişi olduğunu hiss edir. Kişinin yanında ağılsız, zəif görünməkdən qorxmuram. Mənim üçün ən böyük təhqir “sən güclü qadınsan” kəlməsidir. Kişilər məgər ölüblər ki, qadın güclü olsun ? Qadın hara, güclü olmaq hara? Mən güclü deyiləm.

- Hamı sizin şəxsi həyatınızla maraqlanır. Çimnazın hazırda həyatında kimsə var ?

- Mənim ürəyim məhəbbətlə alışıb, yanır. Sevgi, məhəbbət varsa da, yalnız özümə qarşıdır. Özümdən başqa heç kimi sevə bilmirəm. Mən, mən yenə də mən!

- Bəs ürəyinizi fəth edən kişinin nəyi olmaldır ?

- Kişiliyi, hülqumu olmalıdır. Pul, ev, avtomobil - bunlar üçüncü, dördüncü məsələlərdir. Mən ümümiyyətlə, ərə getmək istəmirəm. Planımda ərə getmək kimi bir şey yoxdur. Qadın nə dərəcədə gərək həyatdan küssün ki, ərə getmək istəsin.

- Bir müddət öncə ölkədə vəzifədə olan bir şəxsin qohumunun sizin evinizdən külli miqdarda qızıl-zinət əşyalarını oğurlaması barədə açıqlamalar verdiz. Bu qalmaqallı olayın sonu nə ilə bitdi? Qızıllarınız sizə qaytarıldı?

- Həyatımda yaxın sandığım insanlar olub ki, onlara ikinci şans vermişəm və çox yanılmışam. Mənim evimdə böyük oğurluq hadisəsi olub. Özümə yaxın saydığım rəfiqəm evimdən oğurluq edib. Təəsüf ki, bu hadisənin üzərindən bir il keçsə də, işə qanunverici orqan baxmır. “Damiani”, “Bvlgari” və “Leo Pizzo” kimi brilliant dəstlərim keçmiş rəfiqəm tərəfindən oğurlandı. 80 min avroluq həmin dəstin dəyəri var idi. Mən o qadınla danışdım. Söylədi ki, Çimnaz, mən brilyantların pulunun hamısını ödəyə bilmirəm. Öz əli ilə iki il ərzində o pulun 40 minini ödəyəcəyini bildirdi. Polisə mən müraciət etmədim. Çünki o qadınla çörək kəsmişik. Sonradan söhbəti elə “fırlatdı” ki guya evimdən oğurluğu özü deyil, 11 yaşlı Zərifə adlı qızı edib. Qanunvericilikdə isə azyaşlı olduğundan ona iş düşmür deyib, məsələdən uzaqlaşdı. Elə şey olar? Belə çıxır ki, əgər sən cinayət törətmək istəyirsənsə öz uşağını qat bu işə və məsuliyyətsiz qal. Halbuki məndə səs yazıları var. Buna rəğmən polis bu işə baxmır. Həmin insan isə indiyə kimi azadlıqdadır. Çünki böyük vəzifəli şəxsin qızıdır. Şou-biznes aləmində bu qadın hamıya pul “atıb”.

Bu qadına o qədər etibar edirdim ki, hətta evimin açarlarını belə ona vermişdim. Amma çox yanıldım. Özünü mənə bədbəxt və xərçəng xəstəsi kimi təqdim etdi. Amma söylədikləri hamısı yalan imiş. Çox kövrək bir insanam. Ona inandım. Sonda isə bu cür xoşagəlməz hadisələrlə üzləşdim. Hələ ki baş verənlərə dözürəm, susuram. Bu insan saxta işlərlə məşğul olur, insanlara kələk gələrək, onları aldadır. Hamıya da deyir ki, mən yüksək vəzifədə olan şəxsin qardaşı qızıyam. İnsanlar da susur, heç kim heç nə etmir. Əgər onlar şikayət etmirlərsə, mən niyə susmalıyam? Bu qadın atasına, anasına, əmisinə arxayındır.

Aktrisa Çimnaz Sultanova ilə daha geniş müsahibəni təqdim etdiyimiz videoreportajda izləyə bilərsiniz:

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri