30 
İyl
2014
16:52
43
152
28829
Virtual karabakh

Xalq artisti: İlk dəfə seksi mənə rus qadın öyrətdi

30 İyl, 2014
16:52
28829

Xalq artisti: İlk dəfə seksi mənə rus qadın öyrətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məni “cıqqan” deyib çağırırdılar”.

Xalq artisti, qocaman rejissorumuz Arif Qazıyev publika.az-a müsahibə verib.

Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:

“Atamı öldürdülər, sonra dünyaya gəldim”.

Mənim həyatım Mircəfər Bağırovun dövründən başlayır. Gəncədə doğulmuşam və elə orda da ömrümün ən gözəl zamanını yaşamışam. Dörd  uşaq olmuşuq ailədə. Bizi anam saxlayıb, böyüdüb boya-başa çatdırıb. Kəsəsi, atasız böyümüşük. Ümumiyyətlə, atamın üzünü də görməmişəm. 1937-ci ildə o vurhavurda, tuthatutda atamı öldürdülər, mənsə 1938-ci ildə dünyaya gəldim. Ata nə deməkdir, ata nəvazişi nədir – bu barədə anlayışım belə yoxdur.  Çox qəribədir ki, heç vaxt həyatımda bu boşluğu hiss eləməmişəm. Yəni heç bilməmişəm atam var, ya yoxdur. Buna görə mən ömrümün sonuna qədər anama borclu olacağam. Çünki anam çox zəhmətkeş, əziyyət görmüş bir qadın idi, var qüvvəsi ilə çalışırdı ki, biz dörd uşaq atasızlığın nə olduğunu hiss etməyək.

“Məni “cıqqan” deyib çağırırdılar”.

Qoy bir az da xasiyyətimdən danışım. Çox nadinc uşaq idim. O qədər nadinc idim ki, məhəllədə mənə “cıqqan” deyib çağırırdılar. Ən çox da məni bu ləqəblə  xalamoğlu, məşhur bəstəkar Fikrət Əmirov çağırırdı. Hə, niyə təəccüblənirsən, Fikrət Əmirov mənim dost-doğma xalamoğludur. Hə, “ciqan-ciqan” deyib məni çağıranlar sırasında müəllim Qənbər Hüseynli də vardı. Artıq bu ada elə öyrəşmişdim ki, mənə “Arif” deyəndə çaşıb qalırdım. Əslində,“cıqqan” o demək deyidi e, xuliqan idim. Sadəcə, nadinc, dəcəl idim, bir yerdə dayanmırdım. Qaynayırdım”.

“Qızlar ölürdü e məndən ötrü”.

Tərifləmək olmasın, çox qəşəng, gözəgəlimli bir oğlan idim. Kasıb olsaq da, qəşəng geyinirdim, saçlarımı səliqə ilə darayırdım. Qızlar ölürdü e məndən ötrü. Elə indiyə qədər də ölürlər dərdimdən. Ərə getdilər, boşandılar, dünyaya uşaq gətirdilər, amma elə yenə də məni sevdilər. Bir də görürsən zəng edirlər ki, Arif müəllim, səni televizorda gördük, elə əvvəlki kimi yaraşıqlısan, xoşumuza gəlirsən, xətrini istəyirik.

“15 yaşım olanda ərli rus qadınla sevişirdim”.

Elə sevgi-məhəbbət məsələlərində də ayıq oğlan olmuşam. Gəncə camaatı, bilirsiniz də, bir az mühafizəkar camaatdır axı. Qız sevmək, qız öpmək, qucaqlamaq o vaxtlar hər oğulun işi deyildi. Adamı öldürərdilər. Amma mən çox cəsarətli oğlan idim. 15 yaşımda ərli rus qadınla sevişirdim. Əri təyyarəçi idi, bütün günü göydə uçurdu. Özü mənə vurulmuşdu. Heç kim xəbər tutmurdu bu eşqbazlığımdan. Qonşumuz idi, əri evdən çıxan kimi, məni çağırırdı. “Oleq”, “Oleq” deyib başıma pərvanə kimi fırlanırdı. Neyləsin, tək qadın idi, darıxırdı. Öpüşürdük-qucaqlaşırdıq, daha nə desən, edirdik. Elə üzümü də birinci dəfə o açdı. Bizdə Gəncədə kirayədə qalırdılar onlar. Özü də təyyarə göyə uçub gözdən itəndə mən bu qapıdan çıxıb onların qapısından içəri girirdim. Yaxın idi vağzal, bilirdik təyyarə nə vaxt uçacaq, nə vaxt gözdən itəcək... Bir müddət davam elədi bu münasibət.

“Kiminsə dalınca düşüb yalvarmırdım e, qızlar özləri arxamca sürünürdülər”.

Onu da deyim ki, sevgi məsələsində yanıq olmamışam, çox qızlarım-qadınlarım olub. İlk dəfə seksi mənə o rus qadın öyrətdi...

Kiminsə dalınca düşüb yalvarmırdım e, özləri arxamca sürünürdülər. Heç birinə qarşı da qeyri-səmimi olmamışam, hamısına münasibətim təmiz olub. Elə indi də hamısının ürəyimdə öz yeri var, hamısına da ayrılanda xoşbəxtlik arzulamışam.

“Qıza atılan bir sözə görə kiminsə ağız-burnunu qanadırdılar”.

Yox, qız üstə davalara düşməmişəm, amma məhlədə davalarımız düşürdü. O vaxtlar beynəlmiləl şəhər idi Gəncə, ermənilər, ruslar, başqa millətlərdən olan insanlar yaşayırdılar. Biz azərbaycanlı uşaqları ermənilərlə tez-tez dava edərdik. Onlar özləri bizə ilişirdilər. Məktəbdə də belə davalarımız çox olub. O vaxtın uşaqları da fərqli idi e, sözgötürən deyildi. Özlərinə qiymət verirdilər, qıza atılan bir sözə görə kiminsə ağız-burnunu qanadırdılar. Həm də gənc idik də, özümüzü qızlara göstərirdik.

“Dəcəl idim, amma…”.

Hobbim də musiqiydi, əyləncəm də. Orta məktəbdə yaxşı oxuyan uşaq olmuşam. Dəcəl idim, bütün günü məhəllədə oynayırdım. Amma dərslərimə də vaxt ayırırdım. Musiqi, incəsənətə həvəs qanımda idi. Yüz faiz dəqiqləşdirmişdim ki, gələcəkdə incəsənət adamı olacağam. Deyir, niyyətin hara, mənzilin də ora. Həyatımdan peşman da deyiləm. Görün, indiyədək neçə film çəkmişəm. Azı, doxsan. Zarafat deyil e. Hamısı da Qızıl Fondda saxlanılır. Xalaoğlu Fikərtlə də bağlı sənədli filmim var.

“Dəblə həmişə ayaqlaşmışam”.

Uşaqlığımı yadıma saldın, çox sevindim. Xəyalımda gedib o vaxtkı Gəncəni gəzib-dolanıb gəldim. Çoxdan idi ki, uşaqlığımı xatırlamırdım. Anamı yadıma saldın, o illərə döndüm, mənə çox xoş oldu. Gör aradan nə qədər illər keçib, 76 yaşım var e indi. Belə götürəndə heç özümü yaşlı da saymıram. Görən-görən deyir ki, Arif müəllim, nə cavansınız. Əsas ürək, ruhdur. Ruhumun yaşı çox cavandır. Hətta sizə deyim ki, bəzən lap uşaq yaşlarında olur. Mən həyatsevər insanam, elə uşaq vaxtlarımda da çox şən, pozitiv oğlan olmuşam. İstedadlıydım, bacarıqlıydım, tanınırdım, sevilirdim. Elə indi də beləyəm, məni hamı sevir, hörmətimi saxlayır. Cavanla cavanam, uşaqla uşaq. Hamı mənə yaxınlaşır, deyirlər, Arif müəllim, necə enerjilisiniz, necə gözəl geyinirsiniz. Dəblə həmişə ayaqlaşmışam.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri