11 
Yan
2020
12:00
36
194
8548
Virtual karabakh

Ağır qəzaya düşdüyü deyilən Vüqar: “Baxdım ki, özüməm, şoka düşdüm” - VİDEO

11 Yan, 2020
12:00
8548

Ağır qəzaya düşdüyü deyilən Vüqar: “Baxdım ki, özüməm, şoka düşdüm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə müğənni Vüqar Muradovun tanınmaz halda xəstəxanada fotosu yayılıb. Sənətçinin qəzaya düşərək ağır bədən xəsarətləri aldığı bildirilib. 

Oxu.Az xəbər verir ki, avtomobil qəzasına düşüb səhhətinin ağır vəziyyətdə olduğu deyilən müğənni Vüqar Muradov ARB TV-də yayımlanan “Elgizlə İzlə” sosial-ictimai proqramın canlı yayımına gələrək haqqında yayılan xəbərlərə münasibət bildirib:

“Dörd-beş gün öncə Qax tərəfdə toyda idim. Fikirləşdim ki, gedim evdəkiləri həm görüm, həm də onlarla istirahət edim. Ötən gün atam və qardaşımla birlikdə notariusa getmişdik. Orada olanda dostum Rövşən Tağıyev telefonuma şəkil göndərdi ki, “Vüqar, bu nə xəbərdir?”

Baxdım ki, özüməm. Şoka düşdüm. Və paylaşan adamın profilini göstərdi. Dedi ki, bu insan paylaşıb, bank kartı ilə pul yığır. Bu hər kimdirsə, mənim adımdan istifadə edib pul yığmağa çalışır. Yaxınlıqda həmin bankın filialı var idi. Banka girib birbaşa müdirin yanına qalxdım. Pul yığmaq üçün paylaşılan bank hesabının bağlanmasını istədim.

Daha sonra həmin paylaşımı edən adamın “Facebook” hesabına baxdım. Etdiyi paylaşımın altında telefon nömrəsi var idi. Həmin nömrəyə zəng edəndə mənə xəbərin yalan olmadığını dedi. Həqiqətən də, belə adam var. Yaralıdır. Yardıma ehtiyacı var. Mənə videogörüntüsünü yolladı. İnsan insana bu qədərmi oxşayar?! Gedib ona baş çəkəcəyəm. Mənim üçün narahat olan insanların qarşısında baş əyirəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri