13 
Yan
2020
09:26
120
66
6542
Virtual karabakh

Timati ailəsi ilə Sakit okeanda - FOTO/VİDEO

13 Yan, 2020
09:26
6542

Timati ailəsi ilə Sakit okeanda - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın sərt qışını Sakit okeanın dəniz sahillərinə dəyişən 36 yaşlı məşhur repçi Timati 23 yaşlı sevgilisi Anastasiya Reşetova və iki aylıq oğulları Ratmirlə birlikdə istirahətə yollanıb.

Oxu.Az xəbər verir ki, onlarla birlikdə səyahətə repçinin anası Simona Yunusova və sənətçinin beş yaşlı qızı Alyona Şişkova da gedib.

İki aylıq Ratmirin valideynləri ailə görüntülərini izləyiciləri ilə bölüşsələr də, sosial şəbəkələrdə uşağın üzünü gizlədirlər. Anastasiya Reşetova bütün bu şəkillərin “Instagram” üçün deyil, xatirə olaraq çəkildiyini qeyd edib.

Simona Yunusova isə nəvəsinin iki il ərzində dənizdə necə üzdüyünü nümayiş etdirmək üçün həmin anları telefonun yaddaşına həkk edərək “Instagram”da paylaşıb.

Ailənin mehriban və xoşbəxt görüntülərinə isə izləyicilər biganə qalmayıblar. Onlar ailənin üzvlərinə “Instagram”da saysız-hesabsız müsbət rəylər yazıblar.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri