13 
Yan
2020
12:32
16
79
8867
Virtual karabakh

Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyorun nəvəsi ilə...

13 Yan, 2020
12:32
8867

Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyorun nəvəsi ilə...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşlı məşhur rusiyalı fotomodel Kseniya Puntus Moskvanın mərkəzində ağır xəsarətlərlə çılpaq vəziyyətdə tapılıb.

MK-nın məlumatına görə, Kseniya rusiyalı məşhur aktyor, kinorejissor Nikita Mixalkovun nəvəsi, 20 yaşlı Andrey Bakovun mənzilinin pəncərəsindən yıxılıb.

Onu ağır vəziyyətdə binanın qapıçısı aşkarlayıb və dərhal təcili yardıma xəbər verib. “Mash” “Telegram” kanalının məlumatına görə, qızın bütün daxili orqanları əzilib, həkimlər onun sınmış sümüklərini hissə-hissə yığıblar. O, həmçinin, kəllə-beyin travması alıb. 

Artıq bir neçə əməliyyat keçirən Puntusun heç nəyi xatırlamadığı bildirilir.

“Şüuru yerindədir, ancaq dəqiq heç nə deyə bilmir. Başından aldığı travma ilə əlaqədar Kseniya, demək olar ki, heç nə xatırlamır. Yaxın günlərdə hər şeyin ortaya çıxacağına ümidvarıq”, - deyə qızın agenti Liliya bildirib.

İlkin məlumatlara görə, qız Andrey Bakovun müşayiəti ilə bardan qayıdıb. Kişi içkili vəziyyətdə olub və yatıb. Maraqlıdır ki, tanışları onların münasibətləri barədə xəbərsiz olduqlarını deyirlər.

MK Puntusun kastinq direktoru Dmitri ilə də danışıb. Onun sözlərinə görə, fotomodel çoxdandır ki, Nazar adlı gənclə görüşür. 

“Mən cəmi bir neçə ay öncə onları bir yerdə görmüşəm. Mixalkovun nəvəsi barədə isə ilk dəfə bu hadisədən sonra eşitmişəm”, - deyə Dmitri vurğulayıb. 

Puntusun dostları da bu məlumatı təsdiqləyiblər.

“Kseniyanı yaxşı tanıyırıq. Andreylə ünsiyyətləri var idi. Ancaq yaxın münasibətdə deyildilər. Bir yerdə isə yaşamırdılar”, - deyə modelin rəfiqəsi Darya bildirib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri