14 
Yan
2020
16:00
37
225
6536
Virtual karabakh

“Youtube”un məşhur bloqeri transgender olduğunu etiraf etdi - VİDEO

14 Yan, 2020
16:00
6536

“Youtube”un məşhur bloqeri transgender olduğunu etiraf etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

25 yaşlı “beauty” (gözəllik) bloqeri Nikki de Yager özü haqqında qalmaqallı açıqlama verib.

Oxu.Az xəbər verir ki, “Youtube”da gözəllik videoları ilə haqqında söz etdirməyi bacaran Nikki transgender olduğunu etiraf edib.

Nikki oğlan olduğuna baxmayaraq yeddi-səkiz yaşlarında qadın geyimlərinə marağının artdığını bildirib. O özünü narahat hiss etdiyini, yeniyetmə yaşında cinsini dəyişmək qərarına gəldiyini söyləyib. Cərrahi əməliyyat yolu ilə cinsini dəyişərək, qız olub.

Nikki şantaj səbəbindən sirrini açmaq məcburiyyətində qaldığını dilə gətirib. Naməlum şəxslər sosial şəbəkələrdə ona cinsini dəyişməsi ilə bağlı təhdid dolu mesajlar yazaraq şantaj ediblər.

Bu tip ismarıclardan təngə gələn Nikki de Yager birdəfəlik söz-söhbətlərə son qoymaq üçün şəxsi həyatı ilə bağlı etiraflar edib.

Qeyd edək ki, “beauty” (gözəllik) bloqeri Nikki de Yagerin “Youtube” hesabında 12,5 milyon izləyicisi var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri