15 
Yan
2020
11:51
27
183
8800
Virtual karabakh

Nəsrin Cavadzadə açıq-saçıq libasda rəqsi ilə gündəm oldu - VİDEO

15 Yan, 2020
11:51
8800

Nəsrin Cavadzadə açıq-saçıq libasda rəqsi ilə gündəm oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cazibədarlığı ilə əks cinsin nümayəndələrinin ağlını başdan alan əslən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə paylaşımı ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, dərin sinə dekolteli, üst və aşağı hissəsi saçaqlı qısa transparan libasda kameralar önünə keçən aktrisa mikrofon qarşısında fırlanaraq, rəqs edib.

Nəsrin fit bədən quruluşu ilə diqqət çəkib.

O, paylaşdığı videoya “Eşq təsadüfləri sevir, yoxsa təsadüflər eşqi?” şərhini yazıb.

Qeyd edək ki, yanvarın 30-da böyük ekranlara çıxacaq “Eşq təsadüfləri sevər” filminin ikinci hissəsində Nəsrin Cavadzadə əsas rollardan birini canlandırıb. Ekran əsərində hadisələr 1960-cı illərdə cərəyan edir.

Real hadisələrə əsaslanan filmdə insanın hələ də sevgisini təsadüf nəticəsində əldə edə biləcəyindən söz açılır. Ekran əsərinin artıq bir neçə treyleri “Youtube” videohostinqində yayımlanıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri