16 
Yan
2020
09:26
80
11
2231
Virtual karabakh

Məşhur repçi həbsxananı məhkəməyə verdi

16 Yan, 2020
09:26
2231

Məşhur repçi həbsxananı məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkumların ölümü və rəhbərliyin hərəkətsiz davranışından hiddətlənən dünyaca məşhur repçi Cey-Z həbsxananı məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, son iki həftə ərzində Missisipi həbsxanalarında beş nəfərin öldürülməsi səbəbi ilə 29 məhbus rəhbərlərinin baş verən zorakılıq dalğasını dayandırmağa çalışmadığını bildirib.

Məhkəmədə Cey-Z bütün bunların insanların hüquqlarını pozduğunu ifadə edib və ədalət əldə etmək üçün bütün instansiyalardan keçməyə hazır olduğunu vurğulayıb.

“NBC News”un əldə etdiyi məlumata görə, ölüm hallarının həbsxanada çoxalması məhkumların sayının artması, kadr və maliyyə çatışmazlığı ilə əlaqələndirilir.

Qarşıda duran əsas məqsədlərdən biri həbsxana heyətini genişləndirmək və islah müəssisələrində nizam-intizamı bərpa etməkdir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri