17 
Yan
2020
13:39
46
283
8636
Virtual karabakh

Rəqsanəni bu görüntüsünə görə tənqid etdilər - VİDEO

17 Yan, 2020
13:39
8636

Rəqsanəni bu görüntüsünə görə tənqid etdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar açıq-saçıq fotossesiyaları və cəsarətli açıqlamaları ilə diqqət mərkəzinə düşən Rəqsanə İsmayılova dəbdəbəli evində ərişdə kəsməsi ilə gündəm olub.

Oxu.Az xəbər verir ki, Rəqsanə İsmayılova “Instagram” hesabında bununla bağlı video paylaşıb.

Müğənni videoya “Hər şeyi mağazadan hazır alsaq, həyatın dadı-duzu qalmaz. Bu əziyyətin də öz ləzzəti var. Siz də mənim kimi qışda ərişdə sevirsiniz?” şərhini yazıb.

Rəqsanənin yuxa aça bilməsi və ərişdə kəsməsi bir çox izləyicilərin, hətta dostluğunda olan həmkarlarının marağına səbəb olub. Onun bu bacarığı alqışlanıb. Amma ifaçının uzun saçlarına rəğmən başını bağlamadan əriştə kəsməsi bəzi izləyicilərin narazılığına səbəb olub.  Onun bu hərəkəti izləyiciləri qıcıqlandırıb.  

Qeyd edək ki, Rəqsanə İsmayılova məşhur iş adamı Fazil Əmiraslanovla ailə həyatı qurub. O, beş ildən çoxdur Rusiyanın paytaxtı Moskva şəhərinə köçərək orada müğənniliklə məşğul olur.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri