17 
Yan
2020
16:30
67
262
5945
Virtual karabakh

Şövkət Ələkbərovanın mahnısının sədaları altında idman edən Xalq artisti: Pis hərəkət etməmişəm - VİDEO

17 Yan, 2020
16:30
5945

Şövkət Ələkbərovanın mahnısının sədaları altında idman edən Xalq artisti: Pis hərəkət etməmişəm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Tünzalə Ağayevanın sosial media hesabında paylaşdığı video böyük qalmaqal yaradıb.

Oxu.Az xəbər verir ki, sənətçi mərhum müğənni Şövkət Ələkbərovanın “Bir könül sındırmışam” mahnısının sədaları altında pilateslə məşqul olması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

Xalq artisti mənfi rəylərdən özünü sığortalamaq üçün paylaşımın rəy bölməsini bağlayıb.

Tədbirlərin birində qonaq qismində iştirak edən Tünzalə Ağayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində məsələni bu cür şərh edib:

“Pilates müəllimim bizim klassik mahnılarımızı sevdiyi üçün ideyası xoşuma gəldi. Soruşdu ki, Şövkət Ələkbərovanın ifa etdiyi mahnı sədəları altında hərəkətlər edə bilərsən? Mən də iki əlli buna razılıq verdim. Pilateslə məşqul olanda həmin anları Nərgiz (red: pilates müəllimi) telefonunun kamerasına çəkib “Instagram”da paylaşdı.

Burada heç bir pis şey görmürəm. Əsas odur ki bu mahnı sədaları altında pis bir hərəkət etməmişəm. Düşünürəm ki, biz orada daim interneti izləyən gəncliyə bir daha o mahnını xatırlatmış olmuşuq. Həmdə klassik mahnılarımızın təbliğatıdır. Eyni zamanda idman hərəkətləridir. Burada zidd bir şey yoxdur”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri