18 
Yan
2020
09:58
18
77
4189
Virtual karabakh

“Altın Kelebek”dən imtina edən Xəyyam Nissanov: “Heyifsiləndim ki, belə hadisələr baş verdi” - ÖZƏL

18 Yan, 2020
09:58
4189

“Altın Kelebek”dən imtina edən Xəyyam Nissanov: “Heyifsiləndim ki, belə hadisələr baş verdi” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində keçiriləcək “Altın Kelebek” mükafatlandırma mərasiminin tarixi 28 fevrala müəyyən edilib.

Yerli namizədlər arasında olan müğənni Xəyyam Nissanov Oxu.Az-ın əməkdaşı ilə söhbətində mükafatlandırma gecəsinə getməyəcəyini və iştirakını dayandırması ilə bağlı məlumat verib:

“Çox təəssüf ki, bu il “Altın Kelebek”də iştirak edə bilməyəcəyəm. Bildiyiniz kimi, tarix dəyişilib. Dekabrın 8-nə təyin etmişdilər mükafatlandırmanı, daha sonra fevralın 28-nə təyin olundu. Biz bilmirik ki, qalib kim olacaq.

Bir çox həmkarlarım “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında yarışacaq. O şərtlə qoşulduq ki, mükafatlanmanın tarixi 8 dekabra təsadüf edirdi. Tarix dəyişdirildi, bizim də planlarımız dəyişdi. Mənim o tarixdə bir çox tədbirlərim var.

Mükafatlanmanın Azərbaycan nümayəndəliyi ilə iştirak etməyəcəyimlə bağlı danışmamışam. Sadəcə, prodüserimə söylədim ki, elektron poçtuma məktub gəlib, cavablandırmaq istəmirəm. Bir neçə dəfə tarix dəyişdirilməsi bu cür mötəbər mükafatlandırmaya marağın azalması ilə nəticələnir. Kaş ki bu cür hadisələr yaşanmayaydı.

“Altın Kelebek”ə yerli ifaçılar arasından olduqca məşhur simaları qatılıb. Namizədlər arasında olan sənətçilərin hər bir ilə dostam. Biz bir komandayıq. İstərdim, kim layiqdirsə, o da aparsın. Mənim üçün əsas iştirak etməkdir. Heyifsiləndim ki, bu cür hadisələr baş verdi. Yaxşı olardı ki, hamımız bir yerdə gedib iştirak edərdik. Amma çox təəssüf”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri