21 
Yan
2020
12:59
90
58
11675
Virtual karabakh

Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi - FOTO

21 Yan, 2020
12:59
11675

Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov ikinci dəfə ailə həyatı qurub. 

Qafqazinfo-nun məlumatına görə, 49 yaşlı məşhur musiqiçi rəhbəri olduğu qrupun solisti, Əməkdar artist Lamiyə Kərimova ilə evlənib. 

Toy bir neçə gün bundan əvvəl Bakının tanınmış restoranlarından birində baş tutub. Məclisə çox az sayda qonaqlar dəvət olunub və mediaya qapalı keçirilib.  

Səbəbkarlar qonaqlardan şad günləri ilə bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılmamasını xahiş ediblər. 

Qeyd edək ki, R.Haşımov Xalq artisti Ceyran Haşımovanın oğludur. O, bir müddət əvvəl həyat yoldaşı ilə yollarını ayırıb. Onların bu nikahdan iki övladı var və Əməkdar artist eyni zamanda, nəvə sahibidir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri