21 
Yan
2020
15:36
241
42
4235
Virtual karabakh

Niyamdan şillə kimi sözlər: “Deputat adına xələl gətirməyin” - VİDEO

21 Yan, 2020
15:36
4235

Niyamdan şillə kimi sözlər: “Deputat adına xələl gətirməyin” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram”ı açıb görürəm ki, hələ özünü tamamlamayanlar deputatlığa namizəd olub. Ali savadı, zəkası, gördüyü işlərə inam yoxdur. Yaşına, savadına görə seçilən olsa, heç nə demərəm. Əksinə, onları dəstəkləyərəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami sosial media hesabında paylaşdığı videoda deyib.

O, bəzi şəxslərin deputatlığa namizəd olmasını məsxərəyə qoyaraq, yıxıb sürüyüb:

“Gənclər mahnı oxuyanda, efirə çıxmaq istəyəndə müğənnilər hər zaman onlara dəstək olurlar. Amma tək mənim deyil, bizim tanıdığımız bir çox gənclər, lazımsız insanlar “deputat” adını aşağılayırlar. Baxıb deyirik ki, buna bax, bu da deputatlığa namizəd oldu. Görün, deputat sözünü nə dərəcədə ucuzlaşdırmışıq.

Bilirsiniz, deputat olmaq nə deməkdir? Bir universitet bitirib, ayda-ildə bir gün dərsə gedib, bəlkə də, heç getməyib, sözünün dəyəri olmayan, yerini bilməyən insan necə deputat olacaq? Mənim ailəmdə iki universitet bitirən insan var.

Heç o deputatlığa namizəd olmaz. Çünki o özünü orada görmür. Qalstuk taxır, eynəyi də taxıb gözünə, deputatlığa namizəd olub. Belə şeylər etmək olmaz. Deputat adına xələl gətirməyin. Xahiş edirəm, özünüzə bir az hörmət edin!”

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri