21 
Yan
2020
14:07
18
299
10380
Virtual karabakh

Pərvin sosial media hesabına qayıtdı, amma... - FOTO

21 Yan, 2020
14:07
10380

Pərvin sosial media hesabına qayıtdı, amma... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cazibədar aktrisa Pərvin Abıyeva yenidən sosial mediaya qayıdıb.

Oxu.Az xəbər verir ki, ötən gün “Instagram” hesabını yenidən aktivləşdirən aktrisa sükan arxasında əyləşərək, getdiyi yolu lentə alıb və həmin videonu “Hekayə” bölümündə paylaşıb.

Sevgilisinin qardaşının öldüyü gecədən qızlarla birgə çəkilən fotoları isə “Instagram” hesabından silməsi isə diqqət çəkib.

Lakin aktrisanın adına olan digər “pervin_abıyeva” adlı “Instagram” səhifəsində rəfiqələri - “Miss Azerbaijan-2019” gözəllik müsabiqəsinin qalibi Səmra Hüseynova və aparıcı Seyran Əliyeva ilə birgə Kiyevdəki “CHI club Kiev” adlı gecə klubundan çəkilən fotolar isə hələ də aktivdir.  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Happy Christmas❤️🎁

Публикация от Pervin Abıyeva (@pervin_abyeva)

Qeyd edək ki, P.Abıyevanın sevgilisi, keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən ölüb. Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev Şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C.Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan vəfat edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri