21 
Yan
2020
22:04
27
159
12475
Virtual karabakh

Azərbaycanlı repçi sosial şəbəkədə münasibətdə olduğu sənət adamının adını açıqladı - FOTO

21 Yan, 2020
22:04
12475

Azərbaycanlı repçi sosial şəbəkədə münasibətdə olduğu sənət adamının adını açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qurd” ləqəbi ilə şou-biznesdə tanınan repçi Fərid Eminov paylaşımı ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, repçi şəxsi “Facebook” hesabında musiqiçi və bəstəkar Leyla Namazzadə ilə münasibətdə olduğunu işarələyərək diqqətləri üzərinə çəkib.

Cütlüyün münasibətdə olması izləyicilərə sürpriz olub. Onların əksəriyyəti Fərid ilə Leylanın “münasibətdədirlər” paylaşımına xoş sözlər yazaraq, ikilini təbrik yağışına tutublar. 160-dan çox bəyənmə toplayan repçinin statusuna sosial şəbəkə istifadəçiləri “Eşqiniz daim olsun”, “Xoşbəxt olun” və s. kimi rəylər yazıblar. Cütlük təbriklərə heç bir reaksiya verməyib.

Qeyd edək ki, Fərid Eminov 4 ilə yaxındır ki həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 8 və 3 yaşlı iki oğlan övladı var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri