22 
Yan
2020
13:06
59
117
10879
Virtual karabakh

Əməkdar artist Roza Zərgərlinin paxırını açdı: “Niyə boynuna almırsan?” - VİDEO

22 Yan, 2020
13:06
10879

Əməkdar artist Roza Zərgərlinin paxırını açdı: “Niyə boynuna almırsan?” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər keçirdiyiniz plastik və estetik əməliyyatlarınız uğurlu alınırsa, deyin, gizlətməyin. Əməliyyat etdirən incəsənət nümayəndələrindən soruşmaq istəyirəm ki, bu əməliyyatları harada etdiriblər? Onlar desinlər, mən də orada əməliyyat keçirim. İnsan insana kömək edər. Amma çoxları bu barədə danışmaq istəmir, gizlədirlər”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “ATV Maqazin 10larla” proqramında deyib. Məşhur efir vasitəsi ilə əməliyyat keçirib, lakin bunu gizlədən həmkarlarına sərt mesaj yollayıb. M.İsgəndərli onları yalan danışmaqda ittiham edərək, məsxərəyə qoyub. Məşhur bu mövzuda oxu müğənni Roza Zərgərliyə atıb.

“Roza, sən əməliyyat etdirməmisən? Səni əməliyyatdan əvvəl də, sonra da görmüşəm. Niyə boynuna almırsan, gizlədirsən?” 

Rozanı ittiham yağışına tutan M.İsgəndərli sənət yoldaşı Əməkdar artist Könül Kərimova ilə Xalq artisti Aygün Kazımovanı etdirdikləri plastik əməliyyatları açıq söylədiklərini qeyd edərək onlara tərif yağdırıb:

“Könül Kərimova gizlətmir, deyir, çox əməliyyat etdirib. Əməliyyat edənlər açıq desinlər. Amma bizimkilər gizlədirlər. Bunu niyə gizlədirsiniz? Onsuz qohumlarınız biləcək, ətraf da deyəcək. Aygün Kazımova hər zaman əməliyyatlarını açıq deyib” .

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri