22 
Yan
2020
17:31
460
171
10790
Virtual karabakh

Sumqayıtda “Bu Şəhərdə”nin konsertinə icazə verilmədi

22 Yan, 2020
17:31
10790

Sumqayıtda “Bu Şəhərdə”nin konsertinə icazə verilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu Şəhərdə” teatrının Sumqayıtda planlaşdırılan konserti ləvğ edilib.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur teatrın prodüseri Müşfiq Abbasov sosial şəbəkədə məlumat paylaşıb.

M.Abbasov komandanın iki əsas üzvü - Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun çıxışına icazə verilmədiyini yazaraq, bu məsələyə etirazını bildirib:

“Əziz Sumqayıt tamaşaçılarımız, artıq 15 gündür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib.

Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu Şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

“Bakı, Moskva, London, Riqa, Köln, Tbilisi və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu Şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Salam Əzim Sumqayıtdakı Tamaşaçılarımız. Artıq 15 gündür ki, Sumqayıt ş. İ.H. başçısı cənab Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib (Teymur müəllim telefon zənglərimizədə cavab vermir). Buna görədə mart ayın 1 və 2-si "Bu şəhərdə" nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq. Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və s. şəhərlərdə biz və ya kimsə konsert verəndə həmin şəhərin İcra Hakimiyyətindən icazə almağına ehtiyyac yoxdur, sadəcə konsert keçirəcəyin zalnan danışılır, Sumqayıtda isə mütləq İcra Hakimiyyəti icazə verməlidir. Bizə, dünyanın 40-dan çox şəhərində, 300-dən çox konsert verən, "Bu şəhərdə"yə Sumqayıtda konsertə icazə vermədilər.

Публикация от Rafael Coshqun Mushviq (@busheherde)

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri