24 
Yan
2020
10:10
163
24
10865
Virtual karabakh

ABŞ-da kuryer işləyən “Avroviziya” təmsilçimiz oğlunun şəklini paylaşdı, amma... - FOTO

24 Yan, 2020
10:10
10865

ABŞ-da kuryer işləyən “Avroviziya” təmsilçimiz oğlunun şəklini paylaşdı, amma... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeddi il öncə İsveçrədə Azərbaycanı “Avroviziya” beynəlxalq musiqi müsabiqəsində “Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov oğlu ilə birgə ilk dəfə fotolarını yayıb.

Oxu.Az xəbər verir ki, oğlunun bir yaşını “Instagram” hesabında təbrik edən ifaçı onunla birgə gəzintidə lentə aldığı şəklinə “İlk doğum günün mübarək, oğlum. Bir il belə sürətlə gəldi, keçdi...” şərhini verib.

F.Məmmədov oğlunun üzünü gizlətmək üçün öndən deyil, arxadan çəkilən fotoları paylaşıb. 

Sosial şəbəkə izləyiciləri F.Məmmədovun oğlunu bir yaşı münasibətilə təbrik edib, xoş sözlər yazıblar.

Qeyd edək ki, F.Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri