25 
Yan
2020
16:41
61
141
6154
Virtual karabakh

Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu - FOTO

25 Yan, 2020
16:41
6154

Timati sevgilisinə dəbdəbəli ad günü məclisi qurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur repçisi və iş adamı Timatinin sevgilisi Anastasiya Reşetovanın doğum gününü qeyd edib.

Oxu.Az xəbər verir ki, Latın Amerikası sahillərində keçirilən məclisdə Timati və Anastasiyadan başqa, uşaqları - üç aylıq Ratmir və Alisa, qaynanası Simona və dostları iştirak edib.

Sevgilisinin dəbdəbəli doğum günündən “Instagram” hesabında fotolar yayımlayan Timati Anastasiyanı bu cür təbrik edib:

“Bu gün “gözəl” bir şey yazmaq istədim ki, sevinəsən. Lakin mən köhnə qurumuş çörəyəm, belə getsə, düzələndə deyiləm”.

Ad günündən olan digər fotoları isə 24 yaşını qeyd edən A.Reşetova sosial media hesabında yayımlayaraq, bu şəkillərin ailə albomlarına daxil olacağını bildirib. 

Diqqət çəkən məqam isə cütlüyün qucağında olan üç aylıq Ratmirin üzünü bağlamaları olub. 

Ailənin mehriban və xoşbəxt görüntülərinə isə izləyicilər müsbət rəylər yazaraq, Timatinin sevgilisi Anastasiya Reşetovanı təbrik ediblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri