25 
Yan
2020
18:43
54
587
13703
Virtual karabakh

Pərvin Abıyeva: Desəydilər ki, bir neçə ilə aktrisa olacaqsan, gülərdim - FOTO

25 Yan, 2020
18:43
13703

Pərvin Abıyeva: Desəydilər ki, bir neçə ilə aktrisa olacaqsan, gülərdim - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu şəkildə çox gəncəm. Ancaq zirvəyə doğru baxan, həyata böyük ümidləri olan, günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız... Hər halda, o vaxtlar desəydilər ki, sən bir neçə ilə aktrisa olacaqsan, ya da başına bu hadisələr gələcək, gülərdim.

Oxu.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva yaxın keçmişdə çəkdirdiyi şəkili yayımlayaraq “Instagram” hesabında yazıb. Abıyeva uzun fasilədən sonra sosial media səhifəsində paylaşım edərək, dilə gəlib:

“Çox vaxt filmlər həyatdan götürülüb çəkilir, ya da filmə baxıb, eyni həyatdakı kimidir, deyirik. Amma həyat film deyil. Həyat çətindir, ağırdır. Həyatda “burada alınmadı, növbəti dubl” deyə bilmirik. Bir dəfə yaşayırsan və bitir, növbəti dəfə başına nə gələcəyini bilmirsən: gözəl, ya da pis bir hadisə. Bizdə filmlərdə görmək istədikləri qədərini göstərirlər, real həyatdan götürülən bir ssenari olsa belə, orada hər şeyi olduğu kimi görə bilmirik.

Mən də beləyəm, sizlər mənim sizin görməyinizi istədiyim qədərini görür, tanıyırsınız. Nə yaşadığım, nə hisslər keçirdiyimi, necə biri olduğumu mən bilirəm. Həyatımı müzakirə etməyi heç kimə icazə vermirəm, eləcə də heç kimin həyatını müzakirə etmirəm. Çünki mən də sizləri tanımıram. Həyatda başımıza hər şey gələ bilər, gələcək də. Hər birimiz hər zaman xoşbəxt olacağıq deyə bir hal yoxdur. Sevdiyimiz heç kimi itirməyəcəyik deyə, bir şey yoxdur. Önəmli olan insanlığı itirməyək”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bu shekilde cox gencem.Ancaq zirveye dogru baxan,heyatdan boyuk umidleri olan,gunun birinde olkede cox taninan biri olacagini aglina bele getirmeyen qiz.Her halda o vaxtlar deseydiler ki sen bir nece ile aktrisa olacaqsan ya da bashina bu hadiseler gelecek gulerdim)) Cox vaxt filmler heyatdan goturulub cekilir,ya da filme baxib eyni heyatda oldugu kimidi deyirik.Ama heyat film deyil.Heyat cetindi,agirdi.Heyat elediki burda alinmadi novbeti dubl deye bir shey yoxdu.1 defe yashayirsan ve bitir novbede bashina ne geleceyini bilmeden gozel ya da pis bir hadise.Bize filmerde gormelerini istedikleri qederini gosterirler real heyatdan goturulme bir film bele olsa orda her sheyi oldugu kimi gore bilmirik onlarin cekmeyi istediklerini gore bilirik.Men de beleyem sizler menim sizin gormeyinizi istediyim qederini gorursuz ve meni taniyirsiz.Ne yashadigimi men bilirem,ne hissler kecirdiyimi de nece biri oldugumu da.Heyatimi muzakire etmeyi hec kime icaze vermirem elece de hec kimin heyatini muzakire etmirem cunki men de sizleri tanimiram.Heyatdi bashimiza her shey gele biler her birimizin gelecek de.Her birimiz her zaman xoshbext olacagiq deye bir shey yoxdu.Sevdiyimiz hec kimi itirmiyeciyik deye bir shey de.Onemli olan insanligi itirmemekdir!

Публикация от Pervin Abiyeva (@pervinabiyeva)

Qeyd edək ki, P.Abıyevanın sevgilisi, keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən ölüb. Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev Şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C.Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan vəfat edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri