25 
Yan
2020
23:07
40
170
15860
Virtual karabakh

Dünya şöhrətli ulduz göz önündə “şam kimi əriyir” - FOTO

25 Yan, 2020
23:07
15860

Dünya şöhrətli ulduz göz önündə “şam kimi əriyir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli 31 yaşlı pop ulduz Adel öz görünüşü ilə yenidən görənləri heyrətləndirib.

Oxu.Az xəbər verir ki, az qala, ilanın boğazından keçən məşhur sənətçini qarabaqara izləyən paparasilər onun son halını lentə almağa müvəffəq olublar.

Karib dənizinin sahillərində istirahətin dadını çaxaran Adelin tətildən çəkilən şəkilləri sosial şəbəkə istifadəçilərini məəttəl qoyub. Müğənninin pərəstişkarları onun incəliyinin yaraşıb-yaraşmadığını mübahisəli şəkildə müzakirə ediblər.

Pəhrizin köməyi ilə 45 kiloqram çəki atıb, bir iynəyə sap olan pop ulduz hələ də arıqlamaqda davam edir.

Adel avtomobilinə doğru gedərkən paparasilərin kameralarına tuş gəlib. Müğənninin əynindəki idman geyimi onun durmadan idmanla məşğul olmasını sübuta yetirib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri