27 
Yan
2020
12:46
125
48
4328
Virtual karabakh

Oksana Rəsulova rəqqasəlikdən gedir? - ÖZƏL

27 Yan, 2020
12:46
4328

Oksana Rəsulova rəqqasəlikdən gedir? - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevral ayının 28-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “Altın Kelebek” mükafatlandırma gecəsində iştirak edəcəyəm. “Bollivud”un ən məşhur aktyorları Salman xanın qardaşı Soxael xan və Hindistanın digər məşhurları sosial media hesablarında şəklimi paylaşaraq, iştirakıma dəstək olurlar. Onlar çox istəyirlər ki, bu il “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında “Altın Kelebek”i mən qazanım. 

Bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulova deyib.

Sənətçi fevral ayının 28-də İstanbul şəhərində keçiriləcək Tükiyənin “Oskarı” sayılan 46-cı “Altın Kelebek” mükafatını qazanacağına böyük ümidlər bəslədiyini açıqlayıb:

“Özümə çox dəstək görürəm. Rəqiblərim nə qədər güclü olsalar da, düşünürəm ki, səsvermədə aşağı yerlərdə deyil, ön pillədəyəm. Dostluq ayrı, rəqabət isə ayrı. İştirakçıların hər biri qalib olmaq istəyir. Bu isə normaldır. Mən özümə çox əminəm. Düşünürəm ki, böyük dəstək sayəsində mən də bu mükafatı qazana bilərəm”.

“Şəhərə xəbərlər yayılıb ki, Oksana rəqqasəlikdən birdəfəlik gedir. Bundan sonra fəaliyyətini aktrisa kimi davam etdirəcək” şərhinə Rəsulovanın cavabı belə olub:

“Rəqqasəlik fəaliyyətimi dayandırmağımla bağlı gəzən söz-söhbətlər dedi-qodudan başqa bir şey deyil. Çünki rəqslə bağlı möhtəşəm bir layihə hazırlayıram. Hələ bir dənə layihə hazırlayıram ki, hamı məndən danışacaq. Bomba kimi partlayacaq.

Ucundan-qulağından deyim ki, bu, növbəti çəkilən filmlə bağlıdır. Rəqqasəlik orada da var. Baş rolda çəkildiyim “Sevgi romanı” mənim onuncu filmimdir. Düşünürəm ki, aktrisa adına artıq layiqəm. Hind rəqslərindən heç vaxt imtina etməyəcəyəm”.

Oksana müsahibəsinin sonunda gələn ayın əvvəli təqdim edəcəyi “Sevgi romanı”nın öz karyerasında böyük təsir göstərəcəyini də söyləyib:

“Fevral ayında “Sevgi romanı” filmimizin premyerası olacaq. Film həvəskarlarını “partlayış” gözləyir (gülür). Çox həyəcanlıyam. Bu filmdən sonra üzümə bir çox qapılar açılacağına ümidliyəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri