27 
Yan
2020
20:15
53
233
6940
Virtual karabakh

Xalq artisti: Ailə qurmayım deyə, kənddən çıxıb getdim - VİDEO

27 Yan, 2020
20:15
6940

Xalq artisti: Ailə qurmayım deyə, kənddən çıxıb getdim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Gülyanaq Məmmədova Xəzər TV-də yayımlanan “Ay Zaur” axşam şousunda şəxsi həyatı ilə bağlı səs-küyə səbəb olacaq açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, proqramın aparıcısı Zaur Kamalın “Evdə kişinin üzünə dayanıb, stolun üstünə vurub, “Mən bu kənddən çıxacağam” demisiniz? Niyə kənddən çıxmaq istəyirdiniz?” sualına sənətçi bu cür münasibət bildirib:

“Mən kişinin qarşısında əlimi heç zaman stola vurmaram. Düzdür, onların arzusunu doğrultmadım. Oxumağım naminə kənddən çıxdım, getdim.  

Ailə qurmağımı, xoşbəxt olmağımı istəyirdilər. Məni qohumuma, əzizimə ərə vermək istəyirdilər. Mən isə oxumaq istəyirdim. Atam da, anam da bilirdilər ki, mən nə qədər çox oxumaq istəyirdim.

Ailəni də hər zaman üstün tutmuşam. Hər zaman düşünürdüm ki, bir məqsədimə çatım, sonra ailə qurum. Gülyaz bacım mənə oxumağımda, bu sənətə gəlməyimdə çox dəstək olub. O mənim ilk müəllimim olub”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri