28 
Yan
2020
10:18
72
45
5333
Virtual karabakh

İrina Şeyk ilk dəfə ayrılmasından danışdı: “Bəxtimiz gətirib...”

28 Yan, 2020
10:18
5333

İrina Şeyk ilk dəfə ayrılmasından danışdı: “Bəxtimiz gətirib...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı supermodel İrina Şeyk amerikalı aktyor Bredli Kuperlə ayrılmasına ilk dəfə münasibət bildirib.

Bu barədə “Vogue” nəşri informasiya yayıb.

“İki gözəl insan mütləq yaxşı cütlük ola bilməz. Mən hesab edirəm ki, gözəl anları yaşaya bildiyimiz üçün bəxtimiz gətirib”, - deyə Şeyk bildirib.

Cazibədar model həmçinin, qızı ilə bağlı danışarkən eyni zamanda həm ana, həm də işləyən qadın olmağın çətinliyini də vurğulayıb.

Şeyk bundan sonra şəxsi həyatı ilə bağlı məlumatları gizlədəcəyini də qeyd edib:

“Şəxsi həyatımı ictimaiyyətin nəzərindən gizlədəcəyəm. Bu şəxsi həyatdır, çünki sənə və ailənə aiddir. Buna görə xoşbəxtəm”, - deyə supermodel bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri