28 
Yan
2020
16:11
45
423
12106
Virtual karabakh

Azərbaycanlı bloqerdən inanılmaz addım: 100 minə aldığı avtomobilin üstündən tankla keçdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov izləyicilərinə növbəti dəfə şok yaşadıb. 

Oxu.Az xəbər verir ki, ağlasığmaz hərəkətləri və addımları ilə heyrət doğuran məşhur bloqer yolda avtomobil idarə etdiyi zaman qarşıda gördüyü “VAZ 2115” markalı avtomobili almaq istədiyini söyləyib.

“VAZ 2115” sahibinə yaxınlaşan Hüseyn ona 100 min rubl (2700 AZN) təklif edib. Sürücü isə eşitdiyi rəqəmdən təəccüblənsə də, dərhal razılıq verərək, avtomobilini Həsənova satıb. 

Daha sonra aldığı “VAZ 2115”  avtomobilinin üstündən PDM-lə (piyadaların döyüş maşını) keçən Hüseyn addımı ilə sosial medianın gündəminə səs salıb.

Baş verənləri bloqer H.Həsənov “Instagram” hesabının “Hekayə” bölməsində paylaşaraq özündən söz etdirib. Nəzərinizə çatdıraq ki, H.Həsənov Karina adlı bloqerin çağırışına belə cavab verib.

Qeyd edək ki, o, Rusiyada anadan olub, etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.

Onun 12 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseynin restoranları və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.  

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri