30 
Yan
2020
00:31
27
199
5453
Virtual karabakh

Leyla Quliyeva: “Avroviziya” üçün mahnı qəbulunu açıq elan edirik - VİDEO

Hamı bir ağızdan söyləyirdi ki, “Avroviziya”da səslənən mahnı xarici deyil, məhz Azərbaycan müəlliflərinin olsun. Azərbaycan müəlliflərinə bir yol açılsın, şans yaradılsın ki, onlar da müəyyən fikirlərini çatdırsınlar.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyeva İTV-nin səhər proqramında deyib.

“Biz bu il mahnı qəbulunu açıq şəkildə elan etdik. Hamı özünü sınaya bilər. Hamı “Avroviziya” səhnəsində ifa edəcəyimiz mahnının nə cür olacağını diktə edə bilər. İctimai televiziya olaraq heç bir sərhəd, heç bir çərçivə qoymamışıq. Mütləq ballada və ya ritmik mahnı olsun deyib, müəlliflərin önlərinə sərhəd çəkməmişik. Yaradıcılıq üçün məkan açıqdır,” - deyə, L.Quliyeva vurğulayıb. 

Daha sonra L.Quliyeva mahnı seçimlərinin fevral ayının yeddisinə kimi davam edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildə olduğu kimi, “Avroviziya” beynəlxalq musiqi yarışmasının birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri