31 
Yan
2020
15:08
29
231
16533
Virtual karabakh

Azərbaycanlı müğənninin dəhşətli həyat hekayəsi: “Çılpaq vəziyyətdə səkkiz saat döyüb lentə aldılar” - VİDEO

31 Yan, 2020
15:08
16533

Azərbaycanlı müğənninin dəhşətli həyat hekayəsi: “Çılpaq vəziyyətdə səkkiz saat döyüb lentə aldılar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailə quranda 17 yaşım var idi. Həyat yoldaşım dayım oğlu Vahid idi. Dayım üç uşağını atmışdı, amma sonra onlara ev vermişdi. Onlar hər dəfə küsəndə anam ailəni barışdırırdı. Anam doqquz yaşında rəhmətə gedib, atam isə evlənmədi. Dayım oğlum ilə 13 yaş fərqimiz var idi. Mənim 17, onun isə 30 yaşı var idi. Toy günümüzün səhəri qaynanam dedi: “Sənin bacını oğluma almaq istəyirdim. Bacın istəmədi, oğluma səni aldım. Sizin beş uşağınız da olsa, mən sizi ayıracağam”.

Cavab verdim ki, “Sənin oğlunu dünəndən istəməmişəm. Açın qapını gedim”.

Oxu.Az xəbər verir ki, bu sözləri şou-biznesdə Dana ləqəbi ilə tanınan müğənni Dürdanə ARB TV-də yayımlanan “Elgizlə izlə” sosial-ictimai verilişində deyib. Ağrılı-acılı həyat hekayəsi ilə ürəkləri dağlayan müğənni şok etirafları ilə hamını göz yaşına boğub:

“Biz Rusiyaya köçdük. Amma orada qala bilmədim. Uşağım dünyaya gələndən sonra ayrılıb, vətənə atamın yanına geri döndüm. Mən ailə quranda isə yaşım nikaha düşmürdü. Atam bunu bildi və ərimlə nikah kəsdirdi ki, ikinci dəfə ayrılsam, mənə ev düşsün. Lakin atam bilmədi ki, bu nikahla o, həyatımı sındırdı.

Atam rəhmətə gedəndən sonra ərimdən yenə ayrıldım. Ərimin ailəsinə baldızımın həyat yoldaşı rəhbərlik edirdi. Bunlar ondan icazəsiz bir addım da atmırdılar. Baldızımın əri Sumqayıtda imkanlı şəxs idi. Ərimin ailəsi onların himayəsi altında idi. Oğlumla Bakıda yaşayırdım. Yaxın rəfiqəm Sənubərlə qalırdım. O mənim oğluma baxırdı. Elə oldu ki, uşaq atasını istədi. Mən oğlumu atasına qovuşdurdum. Dərbəndə getdim ki, orada restoranda oxuyub, pul qazanım. Gedəndə soruşdum ki, uşağa baxacaqsan?

Dedi ki, bir həftə yanımda qalsın, sonra qaytaracağam. İcazə verdim. O sonra uşağı dayəyə verir. Uşaq isə atasını istəyir və sonra bir müddət atası ilə qalır. Daha sonra isə Sənubərə baldızımdan mesaj gəlir ki, uşağı geri qaytarmayacağıq, bizim problemimiz Dürdanə ilədir.

Sonra məhkəməyə müraciət edəndə mənə güldülər. Oğlumu mənə verməmək üçün yoldaşımın ailəsi arqument gətirdi ki, bu qız müğənnidir, başımızı aşağa salır, müğənnilər əxlaqsızdır. Sübut-dəlilsiz məhkəmə uşağı məndən necə ala bilər? İndiyə kimi də məni analıq hüququmdan məhrum edə bilməyiblər. 2008-ci ildə uşağı qarşı tərəf götürüb.

2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə məni Dərbənddə evdən çıxarıblar. Bir neçə qadın tərəfindən amansızcasına çılpaq vəziyyətdə 8 saat döyülmüşəm. Yiyəsiz bir qızam, nə atam, nə də ki anam var. İşgəncə ilə məni döyüb, videoya çəkiblər. Bu video isə iki hissəli olub. Birinci hissəsini gətirib ərimə veriblər. O zaman ərim Dərbənddə olub. Ərim videoya baxa-baxa deyib ki, gördünüz, axı deyirdim ki, bu qadın əxlaqsızdır. Camaat mənim üstümə şüşə tullayırdı. Mən o video ilə Dağıstan Prokurorluğuna getdim, kömək etmələrini rica etdim. Bu əziyyəti və işgəncələri verən insanları həbsə göndərməyim üçün mənə bir il lazım oldu. Uşaq isə bu vaxta gədər mənim yolumu gözləyir (ağlayır)”. 

Ürək dağlayan etiraflardan dili-dodağı quruyan müğənni Dana bu anda özünü saxlaya bilmədiyindən göz yaşlarına boğulur. Verilişin aparıcısı Elgiz Əkbər sənətçiyə yaxınlaşaraq, onu sakiləştdirməyə çalışıb.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri