Fev
2020
01:52
48
94
5784
Virtual karabakh

Zülfiyyə Xanbabayevanın anons etdiyi dueti üzə çıxdı - VİDEO

4 Fev, 2020
01:52
5784

Zülfiyyə Xanbabayevanın anons etdiyi dueti üzə çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni layihəsini təqdim edib. 

Oxu.Az xəbər verir ki, sənətçi Ukraynanın məşhur “Səs” yarışmasında çıxış edib, finala gədər yüksələn Cavid Məmmədovla duet ifa edərək, bəstəni ekranlaşdırıb.  

“İstərdim” adlı həzin mahnının sözləri və musiqisi Cavidin özünə məxsusdur.  

Ekran işində iki gəncin böyük məhəbbətindən bəhs edilir. Klip boyunca gənc oğlan qazet və jurnalları qayçı ilə kəsib, onları molbertin üzərinə yapışdırır. Klipin sonunda isə molbertin üzərində gənc oğlanın sevgilisinin əksi canlanır. Sevgi cütlüyü rolunda Neo Mahmud və Yunaya Babayeva çıxış edib. 

Ekran işinin rejissorluğunu isə Delee Oruclu edib. 

Klip Cavid Məmmədovun 68 minlik rəsmi “Youtube” səhifəsində bir neçə saat öncə yayımlanıb.  

Nadir hallarda duet oxuyan estradamızın superstarı Zülfiyyə Xanbabayeva həzin bəstə ilə daha bir hitə imza atıb.  

Xatırladaq ki, ötən ilin sonlarında Z.Xanabayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində bu gün təqdim etdiyi layihə haqqında danışmışdı: 

“Çox az duetim var, çünki bu barədə çox xəsisəm. Siz hələ mənə “çox sağ ol” deyin ki, mən duet oxumuşam. Bu yaxınlarda gənc, lakin məşhur olmayan bir oğlan ifaçı ilə duet oxumuşam. Bəstə həmin gəncə məxsusdur”.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri