Fev
2020
15:13
57
307
20950
Virtual karabakh

Kamildən boşanma xəbərinə reaksiya: “Hər insanın ətrafında şərəfsiz qadın və kişi var” - ÖZƏL

4 Fev, 2020
15:13
20950

Kamildən boşanma xəbərinə reaksiya: “Hər insanın ətrafında şərəfsiz qadın və kişi var” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qızım Sahilənin istəyi ilə “Şahdağa” gedib, orada iki gün qaldıq. “İnstagram”da ailə fotolarımızı paylaşmırıq. “Şahdağa” həyat yoldaşım Gülay və qızım Sahilə ilə getmişdik. Şəkillə həyat və xoşbəxtlik olmur. Bizə belə xoşdur. “İnstagram”, fotolar yox idi, belə çıxır ki, Kamil və Gülay yox idi!?

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində məşhur idmançı və iş adamı Kamil Zeynallı deyib. Sosial media hesabında qızı Sahilə ilə tez-tez paylaşımlar edən Kamil yaxın müddətdə bunlara “Stop” qoyacağını bildirdi:

“Müəyyən vaxtdan sonra qızımızın şəkillərini “İnstagram”da paylaşmağı dayandıracağıq. Bu isə çox yaxındadır. “Stop” deməyə az qalıb”.

Zeynallı qızının həm mobil telefondan, həm də sosial şəbəkələrdən uzaq tutduğunu diqqətə çatdırdı:

“Mənim qızım heç bilmir “İnstagram” nədir? Bir tək “Youtube”u bilir. Orada da cizgi filmlərini seyr edir. Sahilənin heç mobil telefonu belə yoxdur. Qızım ikinci sinifdə oxuyur və oxuduğu sinifdə mobil telefonun istifadəsi qadağandır. Boyüdükdən sonra təbii ki, onun da mobil telefonu olacaq”.

Bir müddət öncə müğənni həyat yoldaşı Gülay Zeynalovanın verilişlərin birində söylədiyi “Qızıma sənətimlə bağlı yetərincə zaman ayıra bilmirəm” kəlməsini məşhur idmançı belə şərh etdi:

“Gülay çox gözəl anadır. Onun analığına sözün həqiqi mənasında qibtə edirəm. Uşaq mənim yanımda olanda yüz dəfə zəng vurub, Sahiləni soruşur, onunla maraqlanır. Çox qayğıkeş anadır. O, efirdə Sahiləyə vaxt ayıra bilmədiyini deyə bilər. Gülay qızımıza mənim qədər vaxt ayıra bilməsə də, amma ayırdığı zaman belə mənim ayıracağım zamandan qat-qat vacibdir. Necə mənim anam, eləcə də Gülay Sahilənin üstündə əsir”.

Gülay və Kamil cütlüyünün boşanmaları ilə bağlı iddialar sosial şəbəkələrin əsas mövzusu oldu. Onların üzün müddət verilişlərdə paylaşılan fotolarda bərabər olmaması şayiələri birə-min artırdı. K.Zeynallı ailəsi ilə bağlı ayaq açıb yeriyən və yazılıb-pozulan dedi-qodulara ilk dəfə redaksiyamız vasitəsi ilə aydınlıq gətirdi:

“Ailə dostlarımız, Gülayın rəfiqələri və mənim yaxınlarım var ki, üzümüzə gülüb, arxada çirkin hərəkətlər edirlər. Haqqımızda olmazın şayiələr yayırlar. Düzdür, “od olmayan yerdən, tüstü çıxmaz”. Hər ailədə söz-söhbət, dava-dalaş olur. Bu, normaldır.

“Qarışqadan fil düzəltmək” isə nə kişiyə, nə də qadına yaraşır. Bunları bizim elə öz ətrafımız edir. “Boşanıb ayrılmağımız” kimi dedi-qoduları yaxın ətrafımız çıxardı. Hər insanın ətrafında özünə yaxın bildiyi, amma şərəfsiz olan qadın və kişilər var. Bu cür ailə dostlarımız da çoxdur. Bizim söhbətimizi kənara çıxaranlar elə öz ətrafımızdır”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri