Fev
2020
16:27
50
232
3843
Virtual karabakh

Röya ilə Miri Yusifdən sevgi dolu romantik klip - VİDEO

6 Fev, 2020
16:27
3843

Röya ilə Miri Yusifdən sevgi dolu romantik klip - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artistləri Röya Ayxan və Miri Yusif sayca üçüncü duet layihələrini tamaşaçıların ixtiyarına veriblər.

Oxu.Az xəbər verir ki, sevilən məşhurlar musiqisi və sözləri Jay Huna məxsus “Sevgilim” adlı yeni bəstələrini ekranlaşdırıblar.

Röya ilə Miri bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər. Ekran işi Qəbələnin Laza kəndində bir gündə lentə alınıb.

Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur. Klip bir neçə saat öncə Röyanın rəsmi “Youtube” kanalında yayımlanıb.

Qeyd edək ki, Xalq artisti Röya Ayxanın başı konsert hazırlıqlarına qarışıb. Belə ki, mart ayının 7, 8 və 9-da “Congress Centre Hall”da sənətçi canlı solo konsert proqramı ilə çıxış edəcək.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri