Fev
2020
10:44
68
185
12727
Virtual karabakh

Azərbaycanlı seksual model “Dolce & Gabbana”nı saxtakarlıqda ittiham edir - FOTO/VİDEO

7 Fev, 2020
10:44
12727

Azərbaycanlı seksual model “Dolce & Gabbana”nı saxtakarlıqda ittiham edir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı əsilli Ukrayna modeli, “Miss Ukrayna 2015” titulunun sahibi Fəridə İbrahimova dünya markası “Dolce&Gabbana”nı fikir oğurluğunda ittiham edib.

Oxu.Az xəbər verir ki, cazibədar model “Instagram” səhifəsində sözügedən brendin reklamını paylaşaraq, hesabında yayımladığı videosüjetin eynisi olduğunu diqqətə çatdırıb.

“Videomu iki il əvvəl Ravelloda çəkmişdim. “Dolce&Gabbana” mənim fikrimi oğurlayıb. Bu isə ilk dəfə deyil. Diqqətlə baxın, videoda eyni yerlər və eyni fikir”, - deyə İbrahimova yazıb.

196 min izləyicisi olan Fəridənin izləyicilərinin əksəriyyəti onu müdafiə edərək, bu məsələdə haqlı olduğunu dilə gətiriblər.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

What do you think about this? 😄🤔 Find some differences 🙌🏻 I made this video 2 years ago in Ravello and now I’m so shocked that @dolcegabbana stole some idea... It’s not first time 🙄 Maybe someone can help me what can I do??? 😳 #dolcegabbana #model #dolcegabbanamodel #stefanogabbana #fashion #dolcegabbanafashion Что вы думаете на счёт этого видео? Найдите отличия с моим🙄 Мое видео было снято два года назад в Равелло! @dolcegabbana украли мою идею. И это не впервые ☝🏾 На видео те же места и та же идея!

Публикация от ☪️ (@laferide)

Bildirək ki, dünyaca məşhur “Dolce&Gabbana”nın sözügedən reklamında italiyalı aktrisa Monika Belluccinin 15 yaşlı qızı Deva Kassel çəkilib.

Qeyd edək ki, Fəridə İbrahimova Ukraynada yaşayır və orada modellik fəaliyyətini davam etdirir. O, bir sıra Ukrayna markalarının simasıdır və yalnız Ukraynada deyil, Azərbaycanda da məşhur dizaynerlərin bir sıra moda həftələrində iştirak edir. Hazırda xarici həmkarları ilə birlikdə iştirak etdiyi reklam layihələri ilə daha çox məşğul olur.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri