10 
Fev
2020
14:14
115
443
13048
Virtual karabakh

Xalq artisti Röya: “Bir kişi ilə yaşaya bilmərəm” - VİDEO

10 Fev, 2020
14:14
13048

Xalq artisti Röya: “Bir kişi ilə yaşaya bilmərəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən bir kişi ilə yaşaya bilmərəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “ATV Maqazin 10larla” proqramında deyib.

Sənətçi şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. 

“Soruşdular ki, yenidən ərə gedərsən? Cavab verdim ki, getmərəm. Oğlum Hüseynin 10 yaşı var. Bundan sonra bir kişi ilə evdə oturub, o desin, mən edim və ya əksinə, mən deyim, o etsin... Bu kimi şeylər ola bilməz. Artıq belə olmasını istəmirəm” - deyə, R.Ayxan bildirib.

Röya şəxsi həyatında heç kimin olmadığını diqqətə çatdırsa da, ara-sıra başı sevgi flörtlərinə qarışdığını da etiraf edib:

“Zaman-zaman flört edirəm. 20 il öncə bu sualı o biri Röyaya versəydilər, tamam başqa cür cavab alardılar. İndiki kişilərə baxıb deyirəm ki, onlardan daha çox bilirəm və daha güclüyəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri