12 
Fev
2020
17:38
21
228
8937
Virtual karabakh

Şou əhlinin ucuz və bahalı qarderobu - FOTO

12 Fev, 2020
17:38
8937

Şou əhlinin ucuz və bahalı qarderobu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur dəb ikonası Koko Şanel deyirdi: “Dəb gedir, stil isə qalır”.

Bizim yerli məşhurlar da bu ifadəni əlində bayraq tutur.

Müğənnilər təkcə oxuduqları mahnılar, göstərdikləri şou ilə deyil, həm də bahalı geyimləri ilə də diqqət mərkəzində olurlar.

Oxu.Az “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edir.

Tərzi və imici ilə gözqamaşdıran estradamızın super ulduzu, Xalq artist Röya Ayxan əyninə fərqli biçimdə “Antonio Berardi” brendinə məxsus 1013 manat dəyərində yaşıl boğazlı sviter geyinib.

Röya daha bir geyimi ilə də diqqət çəkib. Xalq artisti “Alena Akhmadullina” markasına məxsus kostyum geyinib. Kostyumun pencəyinin qiyməti 1406, şalvarının isə 937 manatdır.

Elə ifaçılar da var ki, bahalı markalara deyil, “massmarket”ə üz tuturlar. Onlardan biri müğənni Sevda Yahyayevadır. Qara rəngdə dəridən qısa “oversize” libas geyinən ulduz “Zara” markasına üz tutub. Əlbisənin endirimli qiyməti 39 manatdır.

Fərqli və zövqlü görünmək üçün yolunu “Zara”dan salan digər məşhur isə xanəndə Gülay Zeynalovadır. Sənətçinin geyindiyi ağlı-qaralı naxışlarla bəzədilmiş, boğazlı, uzun libasının endirimli qiyməti 39 manatdır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri