13 
Fev
2020
16:05
42
358
5980
Virtual karabakh

Sevda Yahyayeva: “Hamı nə zaman ərə gedəcəyimi gözləyir” - ÖZƏL

13 Fev, 2020
16:05
5980

Sevda Yahyayeva: “Hamı nə zaman ərə gedəcəyimi gözləyir” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi məndən hamı gözləyir ki, nə zaman ailə quracağam və konsert verəcəyəm. Əslində, ikisi də gözəl istək, niyyətdir. Konsert vermək istəyirəm. Amma bu il heç kim məndən konsert gözləməsin, çünki olmayacaq”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində müğənni Sevda Yahyayeva deyib.

Sənətçi Lalə Məmmədovanın “Azərbaycanda heç bir müğənni konsertdən pul qazanmır” iddiaları ilə razı olduğunu bildirdi:

“Lalə xanımın bu fikri ilə tamamilə razıyam. Həqiqətən də Azərbaycanda konsertlərdən pul qazanmaq olmur. Biletin qiymətini hansı məbləğdə müəyyən edəsən ki, konsertdən pul qazanasan? Konsert xərcləri çoxdur. Olduqca böyük məbləğə başa gəlir. Bir ifaçı konsertdən ziyansız çıxırsa, şükür etməlidir. Qazancı qoyaq kənara. Qazancdan danışmıram”.

Sevda ötən illərdə verdiyi konsertlərdən pul qazanmadığını desə də, borca girmədiyini də diqqətə çatdırdı:

“Borca girməmişəm, amma qazancım da olmayıb. Mənim 4-5 dəfə böyük məkanlarda konsertim olub. Amma əfsuslar olsun ki, pul qazanmamışam. Əksinə, daha çox pul xərcləmişəm. Bəlkə qarşıdakı illərdə konsert etsəm, nəsə olar. Konsert müğənninin tamaşaçı önündə hesabatıdır. Müğənnilərin yeganə qazanc yerləri toylar və tədbirlərdir”.

Konsertdən və möhtəşəm şoulardan mövzu düşmüşkən, dünya şöhrətli müğənnilər Cennifer Lopez və Şakiranın birgə çıxışını sənətçinin yadına salmışdıq ki, ifaçı onların səhnə şousuna heyran qaldığını etiraf etdi: 

“Cenniferlə Şakiranın möhtəşəm səhnə şousunu heyranlıqla izlədim, ağzım açıq qalmışdı”.

S.Yahyayeva ötən illərdən fərqli olaraq, mahnı yazdırıb, klip çəkdirib, konsert verməsə də, yaradıcılıq işlərini davam etdirdiyini dilə gətirdi:

“Tez-tez efirlərə çıxmasam da, yeni mahnılar üzərində işləyirəm. Doğrudur, əvvəlki sürətdə, tempdə olmasa da, amma işlərimi davam etdirirəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri