13 
Fev
2020
19:41
57
338
6267
Virtual karabakh

Elməddin Cəfərov: “Mən ən yüksək “sort”am” - ÖZƏL

13 Fev, 2020
19:41
6267

Elməddin Cəfərov: “Mən ən yüksək “sort”am” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qulağımda iltihablaşma oldu. Qulağımın içi çirk elədi. İltihablaşma səbəbi ilə həkimlər qulağıma müdaxilə edə bilmirdilər. Qulağımın içi tam bağlanmışdı. Həkimim öncə o şişi müalicə elədi, daha sonra daxilində olan problemləri aradan qaldırdı. İndi min şükür, doxsan beş faiz sağalmışam”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində tanınmış aktyor Elməddin Cəfərov deyib. Səhhətinin birdən-birə pisləşdiyini bildirən sənətçi şiddətli ağrılar səbəbi ilə xəstəxanada günlərlə qalmalı olduğunu dilə gətirdi:

“İki gün xəstəxanada yatdım. Həyatı önəm daşımasa da, ağrılarım şiddətli idi. Halım özümdə belə deyildi. Heyim yox idi, yerimdən belə tərpənə bilmirdim. Ağrıdan beynimin içi partlayırdı. Eşitməyimdə böyük problemlər var idi. Ağrı məni verilişə gedən zaman tutdu. Təcili olaraq xəstəxanaya getmək məcburiyyətində qaldım”.

Hazırda başı yeni işlərə qarışan Cəfərov Türkiyədən gələn təkliflərə “yox” cavabını verdiyini bildirdi. Səbəbini isə, belə izah etdi:

“Türkiyədən mütamadi film təklifləri alıram. Amma hazırda dəyərləndirmirəm. Onlara hörmətlə izah etdim ki, Vətənimdə daha vacib işlərim var. Bu aralar Türkiyə ilə bağlı heç bir filmə və ya seriala çəkilməyi düşünmürəm. Çünki oğlumun təhsili var. Onları başqa bir mühitə öyrəşdirmək kimi məsələlər var. İnandırım sizi ki, bu heç də asan məsələ deyil. Özüm “Çat Kapı Aşk” filminin çəkilişləri səbəbindən bir ay Türkiyədə qalmalı oldum. O müddətdə ürəyim partlayırdı Bakı üçün. Bundan sonra özümə söz verdim ki, bir həftədən artıq ölkədən kənarda qalmaq olar, amma bir ay əsla”.

Elməddin Cəfərov aktyorlar arasında özünü kateqoriyalara ayırıb, “Mən ən yüksək “sort”am” dedi:

“Türkiyədə aldığım qonorar Azərbaycanda aldığım qonorardan qat-qat çoxdur. Xaricdən hansısa məşhur aktyoru dəvət etdikləri səviyyədə onlarla müqavilə bağlayıram. Yəni yüksək məbləğdə və səviyyədə. İlk təklif etdiləri qonorar ikinci “sort” dəyərində idi. Öyrənəndə dedim ki, “Mənimlə məzələnirsiniz”. Heç mən birinci “sort”la razılaşmırdım. Çünki mən ən yüksək “sort”am”.

Bir neçə həftədir ki, ATV-də yayıma başlayan “Ailəmiz” serialından bəhs edən Elməddin işlərini xaricdəki sərgilərə təqdim etmək niyyətində olduğunu açıqladı:

“Gözləntilərim “Ailəmiz” serialında çox yüksəkdir. Bilirsiniz ki, xaricdə keçirilən kino, serial, televiziya sərgiləri olur. İstəyirəm ki, film və serialları oraya təqdim edim. Məhz bu yöndə əlimizdən gələni edirik ki, serial çəkilişlərini yüksək keyfiyyətdə edək, onları xaricə çıxara bilək”.

Aktyor sonda yeni mövsümdə tamaşaçılara ölkənin ən böyük şousunu təqdim edəcəyinin ilk anonsunu verdi:

“Gələn mövsümə, yəni sentyabr ayına möhtəşəm və tayı-bərabəri olmayan, böyük bir şou hazırlamaq niyyətindəyəm. Hazırlıqlar gedir. Ümid edirəm ki, alınacaq. Əyləncəli bir şou olacaq. Hətta deyərdim ki, ölkənin ən böyük şousu olacaq. Aparıcısı da özüm olacağam”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri