13 
Fev
2020
15:30
9
92
2045
Virtual karabakh

“CinemaPlus”da Sevgililər gününə özəl aksiya

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının istehsalı olan “Qış nağılı” ən ulduzlu komediyasına yalnız bir gün - 14 fevral Sevgililər gününə özəl aksiya keçirilir. 

Filmin hər iki hissəsindən birinə bir bilet alana ikinci bilet 50 faiz endirimlə təqdim edilir. 

Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.

Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb.

Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir.

Qeyd edək ki, “Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi “Qış nağılı” iki hissədən ibarətdir – “Qış nağılı: Biri vardı, biri yox” və “Qış nağılı: Göydən üç alma düşdü”. 

Ekran işi Yeni il gecəsi eyni hoteldə baş verən bir neçə hekayədən bəhs edir. 

Qəhrəmanlar isə hekayələrə görə qruplaşdırılıb: Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi, Dilarə Kazımova, Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov, Şəlalə Şahvaladqızı, İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov, Nofəl Şahmaroğlu, Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.

Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.

Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssam Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

Filmin əsas musiqilərini Xalq artistləri -  Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri