13 
Fev
2020
22:10
126
307
21234
Virtual karabakh

Nüşabə Baloğlanın muğam oxumasına etiraz edib, verilişi tərk etdi - VİDEO

13 Fev, 2020
22:10
21234

Nüşabə Baloğlanın muğam oxumasına etiraz edib, verilişi tərk etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda qalmaqallı anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, proqramda qonaq olan Əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli üz-üzə gəliblər.

Verilişin gedişatında B.Əşrəfovdan “Ana” muğamı oxuması istənilib. Bu zaman N.Ələsgərli verilişin aparıcısı şairə Nazilə Səfərliyə etirazını bildirib.

Əməkdar artist “Səhər tezdən “Ana” muğamı vermisiniz, mənim də yaralı yerimdir, ağlamaq da istəmirəm. Mənim əhvalım korlanır, gedim mətbəxdə plovumu yeyim” deyərək studiyanı tərk etmək istəyib.

Bu zaman isə Nazilə Nüşabəyə yaxınlaşaraq “Tamaşaçılar muğam dinləmək istəyir, belə şey olar!? Gəlin, əyləşin” deyərək, sənətçinin proqramdan getməsinin qarşısını alıb.

Daha sonra Baloğlan Əşrəfovun ifasında “Ana” muğamı səslənib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri