14 
Fev
2020
07:40
49
36
3497
Virtual karabakh

Billi Ayliş Ceyms Bond haqqında yeni filmin mahnısını təqdim etdi – VİDEO

14 Fev, 2020
07:40
3497

Billi Ayliş Ceyms Bond haqqında yeni filmin mahnısını təqdim etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı pop-ulduz Billi Ayliş bondiana seriyasının yeni “Ölmək zamanı deyil” (No Time to Die) filmi üçün hazırladığı mahnısını təqdim edib.

“Lenta.ru” xəbər verir ki, qardaşı Finneas О'Коnnellə birgə mahnı yazan müğənni bondiana üçün mahnı təqdim edən ən gənc ifaçı olub.

18 yaşlı ulduz Ceyms Bond haqda növbəti filmin mahnısının ona həvalə olunduğunu biləndə sevincini gizlədə bilməmişdi.

“Dəhşət. Bu böyük qürurdur. “Ceyms Bond” tarixin ən yaxşı franşizasıdır. Hələ də şokdayam”, - deyə ulduz etiraf edib.

Qeyd edək ki, “Ölmək zamanı deyil” filmi cari ilin aprelin doqquzu ekranlara çıxacaq. Filmin rejissoru Keri Fukunaqadır. Baş rollarda Deniel Kreyq, Lea Seydu, Rami Malek, Kristov Valtz və Ana de Armas çəkiliblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri