14 
Fev
2020
21:59
112
379
32199
Virtual karabakh

Məşhur modelin restoranda uşağını əmizdirməsi izləyiciləri qəzəbləndirdi - FOTO

Bir neçə ay öncə ana olan 32 yaşlı Eşli Qrem restoranların birində nahar edən zaman hamının gözü qarşısında övladına süd verib.

Oxu.Az xəbər verir ki, o, həmin anları çəkib, sosial media hesabında paylaşıb.

“Ana olmaq həm mənəvi, həm də fiziki cəhətdən çox çətindir”, - deyə kompleksiz model addımını belə izah edib.

Beləcə Qrem, ictimai yerlərdə ana südü ilə qidalanmağın tərəfdarı olan analardan biri olduğunu nümayiş etdirib.

Eşlini izləyicilər şərh yağışına tutub. Modelin bu addımını qınayanlar da, bəraət qazandıranlar da tapılıb.

Qeyd edək ki, E.Qrem yeganə məşhur deyil ki, açıq şəkildə uşağının əmizdirməsini sosial şəbəkədə paylaşır. Belə ki, model Krissi Tregen ictimai yerdə, hamının gözü önündə oğlu Maylzı əmizdirib və bunu “Instagram” hesabında paylaşıb.

Rusiyalı model Natalya Vodyanova isə sosial media vasitəsi ilə bütün qadınlara səslənərək, övladlarını ana südü ilə qidalandırmağa çağırıb. O, qadınların ictimai yerlərdə uşaqları əmizdirməsinə qarşı çıxan insanları isə sərt şəkildə tənqid edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri