14 
Fev
2020
12:53
41
172
23868
Virtual karabakh

Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO

14 Fev, 2020
12:53
23868

Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.

Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprelin 25-də Gəncə şəhərində anadan olub.

1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini bitirib.

1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərib.

1969-cu ildə Gəncədə ilk dəfə simfonik orkestr yaradan Şirin Rzayev 1980-ci illərin sonunadək onun baş dirijoru kimi fəaliyyət göstərib.

Bu xəbəri Unikal.org saytı yayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri