15 
Fev
2020
11:23
44
251
14785
Virtual karabakh

Aysundan sinə əməliyyatı iddialarına cavab: “Utanıram” - VİDEOMÜSAHİBƏ

15 Fev, 2020
11:23
14785

Aysundan sinə əməliyyatı iddialarına cavab: “Utanıram” - VİDEOMÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir ay əvvəl Moskvaya getmişdim. Nəhayət, doğma Bakıma qayıtdım. Toy olmasa, Moskvaya getmirəm. Çünki bu boz şəhəri sevmirəm. Toy olmayanda da anam məni qınayır. Deyir ki, bala, ailən buradadır, hərdən gəlib bizə dəy. Mən də deyirəm ki, ana, İstanbula get, yanına gəlim”.

Bu sözləri Oxu.Az-a özəl açıqlamasında müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun deyib.

O, mart ayında anasının Bakıya gələcəyinin anonsunu verib:

“Anam mart ayında vətənə qayıdır. Beş ildən çoxdur ki, o Moskvada, mən isə Bakıdayam. Bir-birimiz üçün çox darıxırıq. Anam fəaliyyətini artıq burada davam etdirəcək. O, vətəni və işləri üçün çox darıxıb. Tamaşaçı da anam üçün darıxıb. Moskvada evimiz, ailə biznesimiz var. Buna görə anam Moskvaya zaman-zaman gedib-gələcək”.

Tanınmış jurnalist Ülviyyə Alovlunun Oxu.Az-a açıqlamasında Rəqsanəyə ünvanladığı “Adama deyən lazımdır ki, Cey Lonun villasından tikdirirsənsə, bütün Bakı arxanca borca görə niyə ağlayır? Niyə axtarırlar səni?” suallarına Aysunun cavabı sərt olub:

“Çox borcumuz yoxdur. Olanda da anam efir vasitəsi ilə etiraf edib. Bunu deməyə ehtiyac yoxdur. Mənim borcumu Ülviyyə ödəyir? Bizim üçün evi o tikdirir?

Bizim evlə bağlı problemimiz oldu. Bunu hamıya anam özü dedi. Deməyə də bilərdi. Biz kimdənsə qorxuruq? Rəqsanənin borcu var deyən insandan biz qorxub, utanırıq? Kirayədə yaşayan və borcunu ödəyə bilməyən insanlar var. Bu, ayıbdır?

Bu sözləri deyən adam öz ayaqlarının üzərində dursun, ona-buna söz aparıb-gətirməklə pul qazanmasın, Rəqsanə kimi bütün nəsli dolandıra bilsin, sonra danışsın.

Ülviyyə Alovlunu şou-biznesdə özümə düşmən görmürəm. “Aysunun səsi yoxdur” iddiasına isə demək istəyirəm ki, efirə çıxıb möhtəşəm səsim var deməmişəm. Hər zaman demişəm ki, oxumaq hobbimdir. Səhnədə olmağı sevirəm. Səsimdə şirinlik var. Bu da mənə uğur gətirir. Ömrümün sonuna kimi müğənni olmaq fikrində deyiləm. Ailə həyatı qurana kimi oxuyacağam, sonra isə xəyalımdakı işlə məşğul olacağam. Bu isə modelyerlikdir”.

Müğənni “Heç zaman bağışlamayacağınız məşhur” sualına Təranə Səmədovanın adını çəkərək, prodüser haqqında qalmaqallı fikirlər səsləndirib:

“Heç kimlə düşmənçilik etmirəm. Təranənin qızı Suel ifalarımı bəyənir. O, özü də bu barədə müsahibəsində deyib. Onun qızı məni sevirsə, buna ancaq sevinə bilərəm. Suelin bəxtinin gözəl olmasını arzu edirəm. Qalmaqal olanda, uşaqları bu məsələdən kənarda saxlamaq lazımdır. Amma Təranə anamla mübahisə edəndə məni söhbətə qatmışdı. Biz heç kimin uşağı ilə mübarizə aparmarıq. Problem varsa, valideynlə həll etmək lazımdır. Buradan Sueli salamlayıb, öpürəm”.

Gözəlləşmək üçün bıçaq altına uzanan məşhurlardan olan A.İsmayılova haqqında danışılan mamoplastika (red: sinə əməliyyatı) iddialarını yalanlayıb:

“Bir tək burnumda rinoplastika əməliyyatı aparılıb. O ki qaldı mənim sinə əməliyyatı keçirməyimə, nə istəyirlər danışsınlar. Bu barədə danışmaq belə istəmirəm. Çünki utanıram. Kamera önündə bu sözlər danışılmaz.

Bizim bir çox ulduzlarımız “bədən şəkilləndirici” əməliyyata üz tuturlar. Buna normal baxıram. Bu əməliyyatı keçirmək istəyirəm. Amma həkim dedi ki, səndə piy var ki, bu əməliyyatı edək”.

“Ombanızı da böyütmək istəyirsiniz?”sualına isə Aysun “İstərdim, niyə də yox? Amma alınmaz, çünki piyim yoxdur” - cavabını verib.

Daha sonra ifaçı “Hansı bəyə “Hə” deyib, onunla evlənərsiniz?” sualına isə belə münasibət bildirib:

“Elçilər o qədərdir ki... Amma qapıma istədiyim insan hələ gəlməyib. İstədiyim və “Hə” deyəcəyim bəyin insanlığı daha önəmlidir. İnsan olsun. Boyu-buxunu, qaşı-gözü, varlı olması vacib deyil. Əsas odur ki, onu sevdiyim kimi o da məni sevsin. Anam deyəndə ki, elçilər gəlib, söyləyirəm ki, yox cavabını elə de ki, inciyib getməsinlər. O da elçilərə qızım üçün ərə getmək hələ tezdir deyir.

“Şou-biznesin zövqsüz məşhuru Şəbnəm Tovuzludur” - deyən Aysun fikirlərini belə davam etdirib:

“Şəbnəmin xətrini çox istəyirəm. Amma geyim tərzini dəyişsə, çox yaxşı olar”.

“Son günlər sosial mediada ən çox müzakirə olunan Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişanın toyu oldu. O, toyunun mediaya qapalı keçməsini desə də, hər şey tərsinə oldu” fikrinə müğənninin reaksiyası belə olub:

“Aynışanı təbrik edirəm. Çox gözəl görünürdü. Hər kəsin bir alın yazısı və xəyalındakı toy arzusu var. Xəyalımdakı toy qapalı olmalıdır. Aynişan toyunda olduğu kimi icazə vermərəm ki, toyumda baş verənlər mediaya bu qədər açıq şəkildə yayılsın. Mənə bu lazım deyil. Ailəmi hər zaman gizli saxlayacağam. Çox qapalı və ağır bir toy mərasimi keçməlidir. Toyumda “diskoteka” olmayacaq. “Diskoteka” mahnılarına toyumda oynasam, qonaqlar qarşısında çox utanaram. Efirə açıq-saçıq geyimdə çıxsam da, dənizdə “parero”nu üzərimdən çıxarmıram ki, birdən məni kimsə çimərlik geyimində görər”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri