15 
Fev
2020
16:55
107
270
27843
Virtual karabakh

Dünya şöhrətli aktyorun arvadı dəniz sahilində çılpaq görüntüləndi - FOTO

Ötən il dünyaya qız övladı gətirən 22 yaşlı model Tina Kunakinin yeni görüntüləri söz-söhbətə səbəb olub.

Oxu.Az xəbər verir ki, Fransa əsilli dünya şöhrətli aktyor Vensan Kassel ilə evli olan model qızı və kiçik qardaşı Zakari ilə birlikdə Braziliyada istirahətin dadını çıxarır.

Qardaşı tərəfindən lentə alınan fotolarda model palma ağacların fonunda dəniz sahilində oturaraq, çılpaq pozlar verib.

Fotolar arasında Tinanın həyat yoldaşı Vensal ilə dincələrkən şəkilləri də yer alıb.

Qeyd edək ki, 53 yaşlı aktyor modellə 2015-ci ildə tanış olub. İki il öncə isə avqust ayında cütlük evlənib. Bundan əvvəl, Kassel 14 il müddətində aktrisa Monika Belluçi ilə ailəli olub. Onlar 2013-cü ildə boşanıblar.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri