17 
Fev
2020
20:22
106
49
3238
Virtual karabakh

“Şipşirin” Elçin “Altın Kelebek”in təşkilatçılarını yıxıb-sürüdü: “Qalib onsuz da xanımlardan biri olacaq”

17 Fev, 2020
20:22
3238

“Şipşirin” Elçin “Altın Kelebek”in təşkilatçılarını yıxıb-sürüdü: “Qalib onsuz da xanımlardan biri olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Altın Kelebek” ödüllərinin təşkilatçıları: Sözüm Sizədir!  Mən haqsızlığa heç bir zaman susmamışam, susmayacağam da! Ən başından bəri bizimlə laqeyd davranıldı. Öncə mükafatlandırma gecəsinin vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdur? Yoxsa burada bizim bilmədiyimiz nəsə var ? Nə baş verir ?” 

Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparan müğənni Elçin Cəfərov deyib. O, Türkiyədə keçiriləcək qalmaqallı “Altın Kelebek” mükafatlandırma mərasiminin təşkilatçılarını yıxıb-sürüyüb. İfaçı “Altın Kelebek”də baş verən özbaşınalıqlara sosial media hesabı vasitəsi ilə etirazını bildirib:

“Ən son danışığımızda isə bu sözü eşitdik: “Qalib onsuz da xanımlardan biri olacaq, bəylərin Türkiyədə iştirakına isə ehtiyac yoxdur”.

Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə? Mən hər zaman öz izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb, ümidlə mənə səs göndəriblər. Bu ən əsas da onlara qarşı haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə də, onun uğuruna sevinəcəyəm. Çünki bu ölkəmizin baş ucalığıdır. Əksinə, yanında olub dəstək olardıq.

Onu da qeyd edim ki, yalnış anlaşılmasın, burda söhbət maddiyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma mən bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin!”

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Pantene Altın Kelebek" ödüllərinin təşkilatçıları: Sözüm Sizədir!.. Mən haqsızlığa heç bir zaman susmamışam, susmayacam da! Bu yarışda bizimlə ən başından bəri laqeyd davranıldı. İlk öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdurmu? Yoxsa burda bizim bilmədiyimiz nə baş verir? Ən son danışığımızda isə bu sözü eşitdik : - "Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur." :) Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Mən hər zaman öz izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb, ümidlə mənə səs göndəriblər.Bu ən əsas onlara haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə də, mən onun uğuruna sevinəcəm. Çünki bu ölkəmizin baş ucalığıdır.Əksinə, yanında olub dəstək olardıq. Onu da qeyd edim ki, yalnış anlaşılmasın, burda söhbət maddiyatdan getmir.Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma mən bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin!!! (Pantenin reklamında da nə qədər xeyrimiz olmuşsa, halal xoşu olsun) ;) #pantenealtınkelebeködülleri #pantenesaçı

Публикация от Elçin Cəfərov (@elcinceferov)

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək “Altın Kelebek” mükafatlandırma mərasiminin tarixi 28 fevrala müəyyən edilib. Geniş auditoriyaya təqdim edilən siyahıda olan on məşhur namizəd isə bunlardır: Əməkdar artist Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova. 

Yerli namizədlərimizdən olan müğənnilər Murad Arif və Xəyyam Nisanov mükafanlandırmada iştirak etməkdən imtina ediblər. Bundan öncə isə Oxu.Az-a özəl açıqlamasında müğənni Nura Suri və hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulova mükafatlandırmanın təçkilatçılarını sərt şəkildə tənqid ediblər. 

Qeyd edək ki, Azərbaycan “Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə “Altın kelebek”i Əməkdar artist Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri