17 
Fev
2020
19:40
158
41
7315
Virtual karabakh

Faiq Flora ilə Brilliant arasında seçim etdi: “O, müqayisəolunmazdır” - VİDEO

17 Fev, 2020
19:40
7315

Faiq Flora ilə Brilliant arasında seçim etdi: “O, müqayisəolunmazdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Xalq artisti Faiq Ağayev bəstəkar-müğənni Murad Arifinin “YouTube”da yayımlanan “Popumuz var” proqramında qonaq olub.

Oxu.Az xəbər verir ki, Murad verilişinin sonunda “Heç biri” rubrikasında sənətçiyə “Flora Kərimova, yoxsa Brilliant Dadaşovanın sənəti”, deyə seçim etməsini istəyib.

F.Ağayev isə cavabında, “Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Qəti surətdə bu, müqayisəolunmazdır. Biri əsrlər boyu qalacaq, digəri isə bir azdan yaddan çıxacaq”.

Qeyd edək ki, Faiq Ağayev hər iki həmkarı ilə uzun müddətdir ki danışmır. Onlar arasında soyuq savaş gedir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri