18 
Fev
2020
14:03
69
166
9687
Virtual karabakh

Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO

18 Fev, 2020
14:03
9687

Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşlı britaniyalı model uçurumun kənarında şəkil çəkdirmək istəyərkən yıxılaraq ölüb.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilib ki, bədbəxt hadisə Avstraliyanın Sidney şəhərində baş verib. Medalin Devis orda dostları ilə əylənirmiş. Sübh vaxtı gənclər qayaya dırmaşıb. Model uçurumun kənarında doğan günəşin fonunda şəkil çəkdirmək istəyib. O, qayalığın lap kənarında əyləşib və qəfil yıxılıb.

Məlumata görə, “Instagram”da 20 mindən artıq izləyicisi olan məşhur model ötən il vizajist işini ataraq, dünya səyahətinə yollanıb. Avstraliyaya gedənə qədər Medalin alpinizmlə məşğul olub, Balidə istirahət edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri